Top.Mail.Ru
KAİNAT TV

Xocalıdakı radiolokasiya stansiyası məhv edilib

Müdafiə Nazirliyindən verilən məlumata əsasən, düşmənin bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası məhv edilib.

KAİM.az “Report”a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Saytların yığılması Saytların yığılması

“Qeyd edək ki, Ordumuzun məhv etdiyi 19J6 RLS qanadlı raketlər də daxil olmaqla hava hədəflərini aşkarlamaq, tanımaq və izləmək üçün nəzərdə tutulur.

Radar, həmçinin hava həfədlərini və koordinatlarını, onun dövlət mənsubiyyətini və fəal maneə mənbələrini təyin etməyə imkan verir. Mürəkkəb meteoşəraitdə və aşağı yüksəklikdəki hədəfləri aşkarlayan və izləyən 19J6 RLS-in müasir Avtomatlaşdırılan İdarəetmə Sistemləri (AİS) ilə inteqrasiyası mümkündür”, – nazirlikdən bildirilib. (BAKU.WS)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir