Top.Mail.Ru
KAİNAT TV

Zakir Həsənov TƏCİLİ müşavirə çağırdı, Arutyunyan “müharibə qaçılmazdır” dedi -VİDEO

“Ermənistan KTMT-dən çıxacağı təqdirdə ərazi bütövlüyünü itirmək riski daşıyır”. Musavat.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov “Nyus.ru”ya açıqlamasında deyib.

“Baş nazir Nikol Paşinyan yadda saxlamalıdır: KTMT nizamnaməsində təşkilata üzvlüyün dondurulması nəzərdə tutulmur”, –
Juravlyov vurğulayıb. Deputatın sözlərinə görə, Paşinyan bütün məsuliyyəti KTMT-nin üzərinə atmağa çalışır:

Saytların yığılması Saytların yığılması

“Paşinyan ilan kimi qıvrılır, bütün siyasi və hərbi uğursuzluqlarının günahkarının KTMT olduğunu təsəvvür etməyə çalışır. Amma KTMT üzv ölkələrin ərazilərini qoruyur və Qarabağ heç vaxt Ermənistanın tərkibində olmayıb.

Bütün beynəlxalq standartlara görə Qarabağ Azərbaycanın olub. Paşinyana xatırlatmaq istəyirəm: KTMT nizamnaməsində heç bir dondurma nəzərdə tutulmur. Siz ancaq blokdan çıxa bilərsiniz, o zaman çətin ki, kimsə Ermənistanın ərazi bütövlüyünə təminat verə bilsin”.

“Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın KTMT-də iştirakını dondurmaqla həm ölkəsinə, həm də Rusiyaya xəyanət etdi”.

Bu sözləri isə Rusiya Dövlət Dumasının digər üzvü – deputat Viktor Sobolev deyib. Parlamentari qeyd edib ki, Paşinyan Qarabağ hadisələrinin məsuliyyətini Rusiyanın üzərinə atmağa çalışır. “Nikol Paşinyan hər şeyə və hər kəsə, o cümlədən öz ölkəsinə, öz xalqına xəyanət etmiş bir adamdır. Paşinyan hamını satdı. Düşünürəm ki, onu tezliklə aradan qaldıracaqlar, burda başqa daha nə demək olar. O özü Qarabağa xəyanət edib, indi bütün məsuliyyəti Rusiyanın üzərinə atır. Rusiya o zaman Ermənistanın köməyinə gəldi”, – deyə Sobolev əlavə edib.

Qeyd edək ki, Moskva Ermənistandan ikitərəfli kanallar vasitəsilə bu ölkənin Baş naziri Nikol Paşinyanın İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının dondurulması ilə bağlı dediklərinin nə demək olduğuna dair əsaslandırıcı izahat gözləyir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Yeri gəlmişkən, bu gərginlik fonunda, fevralın 24-də general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində növbəti xidməti müşavirə keçirilib. Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib, məruzələr dinlənilib. Erməni hərbi ekspert David Camalyan isə deyib ki, biz yeni müharibənin astanasındayıq. O, Paşinyanın son müsahibəsini şərh edərkən bunun məntiqi sonluğunun yeni müharibə, ərazi və insan itkiləri olacağını deyib.

Ermənistanın “Gənclərin səsi” təşəbbüs qrupunun təsisçisi Ovannes Arutyunyan da bildirib ki, “Nikol Paşinyanın Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması ilə bağlı bəyanatı ölkəmizə qarşı hərbi hücumları qaçılmaz edir”.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu sabiq deputat, hüquqşünas Qulamhüseyn Əlibəyli ilə İrəvanın KTMT-də fəaliyyətini dondurması fonunda yaranmış gərginliyi və Ukrayna savaşının iki ilini müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bənzər yazılar