Top.Mail.Ru
KRİMİNAL

Bakıda 33 yaşlı kişini mağazada öldürdülər

Yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, “Koroğlu” metro stansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə KAİM.Az-a Nizami Rayon Prokurorluğundan məlumat verilib.

Saytların yığılması Saytların yığılması

Bildirilib ki, araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bənzər yazılar