Top.Mail.Ru
KRİMİNAL

Bakının bu qəsəbələrində təcili ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Sabunçu rayonunda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.

Bu barədə  DİN-in mətbuat xidmətindən məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ötən gün Zabrat, Pirşağı və Bakıxanov qəsəbələri ərazisində tədbirlər keçiriblər. Nəticədə 9 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 188 kəsici-deşici alət aşkar olunaraq götürülüb.

Qurum bildirib ki, maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub.

Saxlanılan şəxslər barəsində araşdırma aparılır.

Bənzər yazılar