Top.Mail.Ru
KRİMİNAL

Soyuqbulaqda hərbçi əsgəri və mülki şəxsi ÖLDÜRDÜ

Bu gün səhər saatlarında azərbaycanlıların kompakt yaşadığı Əlborz əyalətinin Soyuqbulaq şəhərində silahlı insident olub.

Referans.az  xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, İran ordusunun əsgəri bir hərbçini və bir mülki şəxsi güllələyərək öldürüb.

Saytların yığılması Saytların yığılması

Əsgər öldürülən şəxslərdən birinin avtomobilini ələ keçirərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat nəticəsində iki nəfəri öldürən hərbçinin ələ keçirdiyi avtomobil atəşə tutulub, o, yerindəcə həyatını itirib.

Hadisənin səbəbləri və öldürülənlərin kimliyi barədə açıqlama verilməyib.

Bənzər yazılar