Top.Mail.Ru
KRİMİNAL

Xəyanət edən arvadının başını və qollarını amansızlıqla kəsibmiş: Bakıdakı dəhşətli cinayətin TƏFƏƏRRÜATLARI

2022-ci il yanvarın 4-də General Şıxlinski küçəsi ev 51, mənzil 27-də yaşayan Orxan Əliyev qısqanclıq zəminində bıçaq və baltadan istifadə etməklə həyat yoldaşı 1991-ci il təvəllüdlü Nahidə Əliyevanın başını və qollarını bədənindən ayırıb. Ağır cinayəti törədən şəxs həmin gün Xətai rayon 35-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İstintaq zamanı məlum olub ki, qətlə yetirilən qadın əvvəllər özəl bir şirkətin televizya şirkətlərindən birində çalışıb.

 Bakıda baş vermiş dəhşətli qətlin təfəərrüatlarını təqdim edirik:

Saytların yığılması Saytların yığılması

2022-ci il yanvarın 4-də DİN-in 102 xidmətinə zəng edən qadın qardaşı Orxan Əliyevin yaşadığı evdə həyat yoldaşını qətlə yetirməsi barədə məlumat verib. Xətai r. 35-ci polis bölməsinin əməkdaşları General Şıxlinski küçəsi 51, mənzil 27-də hamam otağında başı bədinindən ayrılmış qadın meyiti aşkar ediblər. Prokurorluq əməkdaşları tərəfindən Məhkəmə Tibbi Ekispertizasının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb.

Ailə üzvləri cinayəti törədən şəxsin polisə təslim olmaq adı ilə mənzildən çıxdığını bildirsələr də, o, bölməyə getməyib. Buna görə də onun axtarışına başlanılıb. Elə həmin gün 1987-ci il təvəllüdlü Orxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanlıb. Məhkəmə Tibbi Ekispertizasının rəyinə görə, Nahidə Əliyevanın ölümünə travmatik şokla müşahidə olunan həyatla bir araya sığmayan poli travma fonunda başın gövdədən tam kəsilərək ayrılması səbəb olub.

İstintaqla müəyyən edilib ki, yanvarın 4-ü saat 13 radələrində Orxan Əliyev yaşadığı mənzildə aralarında yaranan mübahisə zamanı qısqanclıq zəminində Nahidə Əliyevanı öldürmək qərarına gəlib. Üz nahiyəsinə yumruqla iki dəfə zərbə vurandan sonra saçından tutub qadını sürüyərək hamam otağına aparıb. İsrarla kəlmeyi-şəhadətini söylədib mənzildə olan mətbəx bıçağından və baltadan istifadə edərək onun başını kəsib. Şiddətli ağrılarla işgəncə verərək arvadını xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib. Öldürdükdən sonra onu soyunduraraq kəsici alətlərlə meyiti müxtəlif hissələrə bölüb.

İş üzrə dindirilmiş Orxan Əliyev deyib ki, 2015-ci ildə doğma bibisiqızı Nahidə Əliyeva ilə ailə həyatı qurub. Nikahdan bir övladları dünyaya gəlib. Evləndikdən sonra yoldaşı qızı və anası ilə General Şıxlisnki küçəsi 51 ünvanında yaşayıb. O, son illər Nahidənin ona yalan danışmasından, həmçinin mobil telefonu vasitəsilə onu izləməsindən şübhələnib. Qadının kiminlə danışmasını və ya yazışmasını görməyib. Bununla bağlı aralarında tez-tez mübahisələr yaşanıb. Axırıncı dəfə 2021-ci ilin dekabrın 5-də növbəti mübahisədən sonra arvadı uşağını götürüb Füzuli rayonunda valideyinlərinin yaşadığı evə gedib və orda qalıb.

2022-ci il yanvarın 3-də Orxan Nahidəni və övladını evə gətirmək üçün taksiylə Füzuliyə qayınatasıgilə yollanıb. Səhər yoldaşı və uşağı ilə Bakıya qayıdıb. Saat 12 radələrində evlərinə çatıblar. Bir qədər keçdikdən sonra o, anasına nəvəsini götürüb bacısıgilə getməsini bildirib və mənzildə yoldaşı ilə tək qalıb:“Təxminən günorta gəldik evə. Bizdən başqa evdə anam idi. Daha sonra uşaqla birlikdə anamı göndərdim, getdi. Yoldaşımla ikimiz qaldıq evdə”.

Nahidədən ona kiminlə xəyanət etdiyini soruşduqda qadın heç kimlə yaxın münasibətinin olmadığını deyib. Arvadının kiminləsə münasibəti olduğunu düşündüyü üçün onunla çox əsəbi vəziyyətdə danışmağa başlayıb. Nahidəyə düzünü söyləməsini və xəyanəti bağışlamayacağını, bunun cəzasının ölüm olduğunu bildirib.

Saçından tutub sürüyə-sürüyə onu hamam otağına aparıb. Əyilmiş vəziyyətdə tutaraq “namusuma əl uzatmısan sənin başını və əllərini kəsəcəyəm, kəlmeyi-şəhadətini de sonra səni öldürüm”, – deyib. Ona kəlmeyi-şəhadəti dedirtdikdən sonra mətbəxdən götürdüyü bıçaqla onun başını və qollarını kəsib. Daha sonra başını və qollarını bədənindən ayrımaq üçün eyvandan baltanı götürüb hamama qayıdıb. Onun başını bıçaqla tam kəsərək bədənindən ayırıb. Sonra qollarını kəsmək üçün əynində olan paltarı çıxarıb. Nahidənin başı kəsilmiş meyitini çılpaq vəziyyətdə vannanın içinə uzadıb. Daha sonra baş nahiyəsini suyla yuyub salafan torbaya qoyub.

Orxan Əliyevin əməli Cinayət Məcəlləsinin 21-ci (anlaqsızlıq) maddəsinin təsiri altına hesab olunmayıb. Məhkəmə iclasında Orxan Əliyev xüsusilə ağır cinayət törədməkdə özünü təqsirli hesab etsə də, əməlindən peşman olmadığını deyib. Məhkəmə hesab edib ki, Orxan Əliyevin cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqir edici hərəkət) maddələri ilə məqbul qəbul edilib və məhkəmə araşdırması zamanı tam sübuta yetirilib.

Bənzər yazılar