Top.Mail.Ru
bannerMANŞET

“07” ilə Müdafiə Nazirliyinin qapısını vurub dağıtdı-Erməni ata itkin düşən oğlunu tələb edir

Oğulları Qarabağda  itkin düşmüş ermənilər hökumətə qarşı dirəniş göstərirlər. Ötən həftə onlardan bəziləri hərbi hissələrin qarşısında oturaq aksiya keçirmişdilər. Bəziləri Prezident Administrasiyası qarşısında günlərlə gözləyir.

Ancaq səbrini itirənlər də var.

Kaim.az xəbər verir ki, Ermənistanda öz avtomobilində Müdafiə Nazirliyinin inzibati kompleksinin keçid məntəqəsinin qapılarını qıran  şəxsə qarşı cinayət işi açılıb. Respublikanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Kotayk bölgəsi sakini G.V. 10 yanvar tarixində ,saat 21:30 radələrində VAZ 2107 markalı avtomobilində Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksinin nəzarət-buraxılış məntəqəsinin qapılarını vurub onları qıraraq kompleksin ərazisinə daxil olub.

G.V. Müdafiə Nazirliyinin Hərbi Polis zabiti tərəfindən nəzarət məntəqəsində xidmət edən zabitlər tərəfindən tutulub. Bu faktla əlaqədar olaraq, Müdafiə Nazirliyinin Hərbi Polisinin Moskva şöbəsi RA İstintaq Komitəsinə ötürülən materiallar hazırlanıb. Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 327.6-cı maddəsinin 5-ci hissəsi və 258-ci maddəsinin 4-cü hissəsi ilə cinayət işi başlanıb.

Tutulan şəxsin oğlunun da itkin olduğu bildirilir.

İlqar Atayev

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button