MANŞET
SON DƏQİQƏ!Nərimanov icra başçısının həbs olunması xəbəri yayıldı – FOTO

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin hüquq mühafizə orqanları tərəfindən saxlanıldığına dair məlumat yayılıb.
KAİM.az xəbər verir ki, yayılan məlumatlarda Fərzəliyevin dindirilmək üçün aparıldığı qeyd olunub.
Lakin icra başçısının konkret olaraq hansı qurum tərəfindən saxlanıldığı, hansı məsələ ilə əlaqədar dindirildiyi barədə heç bir məlumat yoxdur.
Xatırladaq ki, ölkə mediasında Abdin Fərzəliyev Nərimanov rayonunda Əli Həsənova coxlu sayda mənzil və ticarət obyektləri bağışladığı, bundan başqa onların bir neçə iri biznesdə şərik olduqları da iddia edilib.
Qeyd edək ki, Abidin Fərzəliyev və Əli Həsənovun adı FETÖ əlaqələrində də illərdir ki, hallanır. (JAMAZ.İNFO)