Top.Mail.Ru

MANŞET

Tibb ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər – FOTO

Tibb ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş həkimlərimizin məzarlarını ziyarət ediblər.

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır.

KAİM.az xəbər verir ki, bununla əlaqədar səhiyyə naziri Teymur Musayev və tibb ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Loading...
Yazının davamı reklamdan sonra

Tibb ictimaiyyətinin nümayəndələri görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın, böyük alim, ictimai-siyasi xadim, səhiyyə təşkilatçısı Əziz Əliyevin və tanınmış elm xadimi Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər düzüblər.

Daha sonra İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həkimlərin əziz xatirəsi anılaraq, məzarları üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button