Top.Mail.Ru

bannerMANŞET

“İcra başçısı Şəhid oğlumu və məni təhqir edib xəstə saldı” – yaşlı anadan prezidentə VİDEOMÜRACİƏT

“İcra başçısı və balaları gündə bir xarici maşın alır dəbdəbəli həyat qururlar, amma şəhid ailəsinə gəldikdə təhqir edir və ya aldadaraq dolamaqla məşğul olurlar.”
Şəhid ailəsi Tərtər şəhər sakini Əhmədova Qəndab Bəylər qızı icra başçısı Müstəqim Məmmədovdan və yerli məmurlardan ölkə başçısı İlham Əliyevə müraciət edib.
Prezident İlham Əliyevdən və Mehriban xanım Əliyevadan razılıq edən Şəhid anası onu da bildirib ki, 44 günlük Vətən Müharibəsində icra başçısı və yerli məmurlar 1 kq qənd belə vermədiklərini də vurğulayıb. Daha sonra ana onu da qeyd edib ki, “icra başçısı M.Məmmədov Şəhid oğluma verilən pulun ailəmizə verilməsindən boyun qaçırdı”. Hətta Şəhid anasını təhqir etməkdən çəkinməyən qudurğan icra başçısı ananın xəstə düşməsinə bais olub.
“İllərdir Tərtər şəhər İcra Hakimiyyətinin yollarında qalmışam. Bu münasibətə görə, yerli məmurlardan prezidentə müraciət etmək məcburiyyətində qaldım”, – Şəhid anası bildirib.
Şəhid anası öz videomüraciətini də “KAİM.az”-a təqdim edib:

 

 

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button