
Çin və Rusiyaya aid döyüş təyyarələri Yapon dənizi və Şərqi Çin dənizi üzərində uçuşlar ediblər.
Redaktor.az xəbər verir ki, döyüş təyyarələri Yaponiya və Cənubi Koreyanın hava məkanına daxil olduğu üçün hər iki ölkənin qırıcıları da xəbərdarlıq məqsədilə havaya qaldırılıb.
Rusiyanın Tu-95 bombardmançı qırıcısı da daxil olmaqla 15, Çinin isə 4 döyüş təyyarəsi uzun müddət havada qalıblar.
Associated Press (AP) agentliyinin məlumatına görə, bu, Çin və Rusiyanın eyni bölgədə ikinci oxşar həmləsidir.
Rəsmi Moskva isə Yaponiyaya aid OP-3C döyüş təyyarəsinin Rusiya sərhədinə yaxınlaşdığını və Su-30-la qarşısının alındığını bildirib.