Top.Mail.Ru

MANŞET

TƏCİLİ! Fransadan Türkiyəyə ŞOK QADAĞA – Azərbaycana bu silahların satılması QADAĞAN EDİLDİ

Fransa qanadlı SOM raketlərini Azərbaycana satmağı Türkiyəyə qadağan edib. Raketin güc qurğusu fransız istehsalı olduğu üçün, müqaviləyə əsasən, Parisin buna ixtiyarı var.

KAİM.az Musavat.com-a istinadla xəbər verir ki, məlumata görə, Azərbaycan Türkiyənin “Roketsan” şirkətinə 400-dən çox SOM raketi sifariş edib. Ölkənin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcıları da artıq SOM raketlərini daşımağa uyğunlaşdırılıb.

Amma Fransanın bu addımı Azərbaycanla münasibətləri korlamaqdan başqa heç nəyə yaramayacaq. Çünki Türkiyənin “Kale Arge” şirkəti artıq SOM raketləri üçün “KTJ-3200” reaktiv mühərriklərinin hazırlanmasına başlayıb. Tezliklə həmin mühərriklər SOM qanadlı raketlərində quraşdırılmaq üçün “Roketsan” şirkətinə veriləcək.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Back to top button