Top.Mail.Ru

MANŞET

SON DƏQİQƏ! Müqavilə QÜVVƏDƏN DÜŞDÜ – Türkiyə tarixi torpaqlarına GERİ DÖNÜR

Türkiyə Yunanıstanın beynəlxalq hüquqa zidd olaraq, Egey dənizinin qeyri-hərbi statuslu adalarına zirehli texnika göndərdiyi anları pilotsuz uçan aparatlarla (PUA) sənədləşdirib.

KAİM.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Desant gəmilərinin ABŞ-ın hədiyyə etdiyi hərbi texnikaları Midilli və Sisam adalarına göndərdiyi məlum olub. Bundan sonra Türkiyənin Yunanıstanın bu təxribatçı həmləsinə qarşı atacağı addımlar müzakirə olunmağa başlayıb.

Silahlanma ilə statusu dəyişdirilən adaların Türkiyənin nəzarətinə qaytarılmasının gərəkliliyinə diqqət çəkən ekspertlər Ankaranın həmin adalara müdaxilə haqqının olduğunu bildirirlər. Bununla əlaqədar Avropa Birliyi, BMT və NATO-nun rəsmi şəkildə məlumatlandırılması vacib sayılır.

Türkiyə ordusunun istefada olan generalı Güray Alpara görə, Yunanıstan ABŞ-la birlikdə beynəlxalq gərginlikdən yararlanmağa çalışır:

“Baş verənlər Türkiyə üçün qəbuledilməzdir. Razılaşmalara görə, bu adalar Yunanıstana qeyri-hərbi statusla verilib, yəni həmin adaları silahlandıra bilməz. Əgər bu şərtlər yerinə yetirilmirsə, adalar silahlandırılırsa, onda mövcud müqavilələr etibarsız olacaq. Yunanıstan lazımi şərtləri yerinə yetirmədiyi üçün adalar Türkiyəyə qaytarılmalıdır.

Beynəlxalq hüquqa görə, Yunanıstan adaları dərhal tərksilah etməli, bunu etməsə, adaların Türkiyəyə aid olduğunu qəbul etməlidir. Bundan sonra Türkiyə öz gələcək siyasətini mövcud durum üzərində qurmalıdır. Baş verənlərə NATO da diqqət yetirməlidir”.

Aydın Universitetinin professoru Naim Baburoğlu isə bildirir ki, Yunanıstan öz hərbi gücünə və potensialına uyğun olmayan addımlar atmağa çalışır:

“ABŞ və Fransa ilə imzalanan ikitərəfli hərbi müqavilələrdən sonra Yunanıstan düşmənçilik addımlarını artırıb. ABŞ Türkiyə sərhədinə çox yaxın olan Dədəağacı hərbi obyektə çevirib. ABŞ bunu Rusiya üçün etdiyini deyir, amma Yunanıstan bundan Türkiyəyə qarşı istifadə etməyə çalışır. Atılan bütün addımlar müqavilələrə ziddir.

Yunanıstan bu adaların statusunu pozub. Adaları tərksilah etmək bir yana, bura diviziya və briqada səviyyələrində qoşunlar yerləşdirib. Adaların hər birində 7-9 min hərbçinin olduğu bildirilir. Son görüntülərdə isə zirehli texnikaların göndərildiyi üzə çıxıb. Bunlar hücum texnikalarıdır. Krit logistika sahəsinə çevrilib.

1996-cı ildə Kardak böhranında atılan addımlar məcburi diplomatiya idi. Türkiyə ondakı kimi bu gün də oxşar tədbirlər görməlidir. Avropa Birliyi, NATO və BMT-yə məktub yazaraq, statusu beynəlxalq hüquqa zidd olaraq dəyişdirilmiş adalara müdaxilə hüququnu özündə saxladığını açıq şəkildə bildirməlidir”.

Bənzər yazılar

Back to top button