Top.Mail.Ru
DÜNYA

Moskvada ÇEVRİLİŞ – Kreml uğrunda mübarizə KƏSKİNLƏŞDİ

Rusiyada da belə oldu. Müharibə ilk növbədə Rusiya ordusunun qüdrəti, onun müasir silahlarının gücü haqda mövcud olan mifləri dağıtdı. Bu azmış kimi, ölkənin təkcə hərbi deyil, həm də nə iqtisadi, nə siyasi, nə də ideoloji baxımdan müharibəyə hazır olmadığı bütün çılpaqlığı ilə üzə çıxdı. Amma ən təhlükəlisi odur ki, bu, Rusiyada indiyədək pərdəarxası gedən hakimiyyət uğrunda mübarizəni kəskinləşdirdi. Ukraynaya hücuma bütün siyasi kapitalını investisiya edən Putin onu qısa zamanda səmərəsiz xərcləmiş oldu. Maraqlıdır ki, istər müxalif Rusiya, istərsə də dünya mətbuatında Ukraynaya qarşı hərbi cinayətlərdə ittiham olunan Putinin özüdür.

Saytların yığılması Saytların yığılması

Maraqlıdır, amma təəccüblü deyil, əksinə, gözlənilən idi. Ona görə ki, hələ Ukraynaya qarşı hərbi təcavüzdən bir müddət əvvəl Rusiyanın Hərbi-Sənaye Kompleksinə (HSK) bağlı analitik və informasiya dairələri hələ başladılmamış müharibədən məsafə saxlamağa başladılar. Putin isə ona görə məsuliyyəti öz üzərinə götürmüş oldu”.

Ərəstun Oruclu qeyd edib ki, müharibənin ilk günlərindən onun görünən əlamətlərindən biri də sabotaj elementləri idi:

“Görünür, elə buna görə də Rusiya prezidenti Ukraynaya qarşı hərbi əməliyyatlara rəhbərlik edən komandanları dəfələrlə dəyişməli oldu. Amma nə bu, nə də ona sadiq olan “Rosqvardiya” və “Vaqner”in döyüşə cəlb edilməsi vəziyyəti dəyişdi. Bu da öz növbəsində Kreml uğrunda hakimiyyətdaxili mübarizəni bir qədər də dərinləşdirməklə yanaşı, həm də onu üzə çıxardı. İndi onun konturları aydın görünür. Hələlik çox da görünməyən Rusiya Silahlı Qüvvələri Baş Qərargahı başda olmaqla HSK-nin Putinin KQB-FSB oliqarxiyasına qarşı çıxması heç kəsə sirr deyil.

Məlum olan həm də budur ki, hərbçilərin ölkədə hakimiyyəti ələ keçirmək üçün mümkün iki yolu var: (çox az ehtimalla) saray çevrilişi və (daha yüksək ehtimalla) hərbi çevriliş. Tərəflər arasında gərginlik artan xətt üzrə getsə də, hərbçilərin göstərilən iki ssenaridən hər hansı birinə hazır olduqlarını demək çətindir. Bunun da əsas səbəblərindən biri onların ictimai-siyasi institutlar arasında dayaqlarının zəif olmasıdır. Putini öz hakimiyyətinin dekorasiyası kimi saxlamaqda və lazım gəldikdə də dəyişməkdə maraqlı olan KQB-FSB oliqarxiyası isə hələlik onu qorumaqda israrlıdır. Çünki Putinin istənilən şəkildə siyasi iflası həm də ümumilikdə komandanın iflası demək olacaq.

Elə həmin səbəbdən komanda da müharibəyə, hərbi uğursuzluğa və Ukrayna əhalsinə qarşı törədilən cinayətlərə görə məsuliyyətin Putinin üzərinə qoyulmasına müqavimət göstərmir. Digər tərəfdən də Putin komandası hərbçilərin mümkün qədər zəiflədilməsinə çalışır və bu istiqamətdə addımlar artır.

Belə sinxron addımlar nüfuzdan düşmüş, hərbi cinayətkar kimi tanınmaqla üzləşən Putini öz KQB-FSB komandasından daha da asılı vəziyyətə salmaqla yanaşı, həm də onlara opponent olan hərbçilərin mövqelərini zəiflətməyə hesablanıb. Odur ki, indiki şəraitda zaman Putin oliqarxiyasının xeyrinə, hərbçilərin isə əleyhinə işləyir. Buradan isə belə nəticə çıxır ki, Rusiyada əsaslı siyasi dəyişiklik yalnız hərbi çevriliş olacağı halda mümkündür. Onun indikindən pis və ya yaxşı nəticələr verəcəyi isə müzakirə predmeti deyil. Çünki kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, ən azı yaxın on ildə Rusiyada müsbətə doğru heç bir irəliləyiş mümkün deyil”.

Ekspert onu da bildirib ki, hərbçilər üçün faktiki əlçatmaz olan saray çevrilişi ssenarisi yalnız Putin komandasının özü tərəfindən mümkün ola bilər:

“Bununla belə, yuxarıda qeyd olunduğu kimi, bu, yalnız hərbçilərin zəiflədilməsindən və onların siyasi hakimiyyətə iddialarının aradan qaldırılmasından sonra həyata keçirilə bilər. Deməli, yaxın zamanlarda Rusiyada baş verə biləcək siyasi dəyişikliklər hərbçilərdən, sonrakı mərhələdə isə Putinin öz KQB-FSB oliqarxiyası tərəfindən həyata keçirilə bilər. Amma hər iki halda bu, məzmun dəyişikliyindən daha çox dekorativ dəyişiklik olacaq. Başqa sözlə, Rusiyanın demokratikləşməsi demək olmayacaq”.

Bənzər yazılar