Top.Mail.Ru

MANŞET

Ödəmə terminalı yox, poçt müdürü evdə yuxu bişirir – VİDEO

Ölkədə sərt karantin rejimidir. Bir çox müəssisələr, təşkilatlar işləmir. İnsanlar evə qapanıb.
Epidemiyanın dalğası keçənədək bu şəraitdə yaşamağa məcburuq. Rayonlarda vəziyyət daha qəlizdir.
Sabirabaddan Kaim.az-a yazırlar ki, rayonda ödəmə terminalının olmaması çətinliklər yaradır. Məsələ ondadır ki, ödəmə terminalının olmaması bir bəladır. İkinci bəla yerli poçtların işləməməsidir.
Cavid Əliyev adlı vətəndaşın sikayətindən bəlli olur ki, adi pul köçürməsini edə bilməyib. Çünki Hacıbəbir kəndinin poçt şıbəsini müdiri Vüqar Xəlilov ümumiyyətlə işdə tapılmır. Telefonu bağlayır, bütün günü evdə yatır. Tapşırır ki, soruşan olsa deyin məktub paylayır.
Təsəvvür edirsiniz, adi bir poçt işçisi necə bir problem yaradır. Kimsə işıq-qaz pulu ödəməlidir, kiməsə pul köçürməsi var, kimsə kredtit pulun yollamalıdır və s. Poçt isə işləmir. Niyə? Çünki Sabirabad Mərkəzi Poçtunda işçilərə nəzarət yoxdur.
Və bu heç də kiçik problem deyil. Köçürmə edə bilməyən vətəndaş məcburən başqa kəndlərə, hətta başqa rayona gedir. Demək karantin qaydaları pozulur. Həm də bu adamın işləmədiyini yerli icra nümayəndəsi və bələdiyyə də görür. Amma biri rayon rəhbərliyinə demir ki, səhlənkar işçiyə görə insanların dövlətə inamı azılır. Deyirlər burda hökumət yoxdur.
Nədir-nədir Vüqar Xəlilov yatmağı sevir.
Özü də bu adam maska taxmağı belə özünə ar bilir. Taxmır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həmçinin Sabirabad İcra Hakimiyyəti bu problemə diqqət etməlidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button