Top.Mail.Ru

MANŞET

TƏCİLİ! Ölkəmizdə casus şəbəkəsi yaradan İrana SƏRT REAKSİYA

Deputat xatırladıb ki, 2020-ci ildə Vətən müharibəsində qələbədən sonra Prezident İlham Əliyev Cəbrayıla səfəri zamanı əlini Xudafərin körpüsünə uzadaraq bu körpüyə Azərbaycanın dostluq körpüsü kimi baxdığını bildirdi:

“Bu, əslində İrana mesaj idi ki, biz sizinlə dostluqda və bu əlaqələrin inkişafında maraqlıyıq. Bu günə kimi nə etmişiniz, onun cavabını özünüz verəcəksiniz. Ancaq gəlin bu gündən sonra dost olaq, əlaqələrimizi bu istiqamətdə inkişaf etdirək. İran nə etdi? İran bu təklifə Azərbaycanla sərhəddə hərbi təlimlər keçməklə, İran səfiri Ermənistan-Azərbaycan sərhədinə gedərək oradan Azərbaycan tərəfə baxmaqla, Ermənistana silah verməklə, öz mediasında Azərbaycanın ünvanına hədyanlar və ittihamlar yağdırmaqla, ölkəmizdə casus şəbəkəsinin əhatə dairəsini genişləndirməklə cavab verdi.

Hətta bir az da irəli gedərək Zəngəzur dəhlizinin açılmasının İran üçün qırmızı xətt olduğunu bildirdi. İranın bu addımlarından və təxribatlarından sonra Azərbaycan nə etməli idi? Heç bir reaksiya verməməli idi? İranın Ermənistanı Azərbaycan əleyhinə dəstəkləməsinə göz yummalı idi?”

C.Məmmədov qeyd edib ki, İranın bu davarnışlarına onun təxribatyönümlü addımlarından sonra sərt reaksiya verməyin zamanı gəlmişdi:

“Çünki İran bütün sərhədləri keçmişdi. Əgər İran istəyirsə ki, Azərbaycan bu reaksiyanı verməsin, onda Azərbaycan əleyhinə təxribatlara son qoysun, İran ərazisində Azərbaycan əleyhinə təbliğat aparan qrupların fəaliyyətini, ideoloji təbliğatı dayandırsın, Azərbaycan tərəfindən axtarışda olan cinayətkarları Azərbaycana təhvil versin”

Bənzər yazılar

Back to top button