Top.Mail.Ru

bannerMANŞET

İcra başçısının maşın kolleksiyası: ABŞ-da milyonluq villa, İngiltərədə və Türkiyədə inanılmaz sərvət – SİYAHI

Qaradağ  İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun bu rayonda necə sərvət toplaması haqda da kifayət qədər məlumatlar var.

KAİM.az bildirir ki, onun Bakıda xeyli ticarət obyektinin sahibi olduğu, İngiltərədə, Türkiyədə malikanələr aldığı, özünü icra başçısından çox, iş adamı kimi tanıdıb.

Belə ki, təsəvvür edin, Süleyman Mikayılovun, hətta Lökbatan qəsəbəsində kolxoz bazarı da olduğu iddia edilir. Onun sərvətləri siyahısında aşağıdakı daşınar və daşınmaz əmlakların olması haqda məlumat yayılıb.

“Sahil” metrostansiyasının üstündə, “Sahil incisi” adlanan binada xidməti mənzil

Qaradağ rayonu, Mərdanov qardaşları döngəsi 11 ünvanında xidməti mənzil

“Qaradağ Çınqıl” MMC adı ilə çınqıl karxanası

“ASKORP” MMC adlı müxtəlif üzlük daşlar və kərpic məmulatları istehsal edən şirkət

Lökbatan qəsəbəsində müasir idman malları istehsalı müəssisələri

Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kolxoz bazarı

Lökbatan qəsəbəsində 10-a yaxın ticarət-iaşə obyekti

Lökbətan qəsəbəsi 28 may küçəsindəki “Cırtdan” kafesi

Qaradağ rayonu Lökbatan-Xocəsən yolundakı ALLOFF mağazası

Qaradağ rayonunda hektarlarla torpağı

Güzdək, Qızıldaş qəsəbələrində və Qızıl Qaya adlanan ərazidə daş karxanaları

Sədərəkdə ticarət mərkəzində idman malları obyekti

Lənkəranda bir ədəd malikanə

Lənkəranda Heydər Əliyev meydanının qarşısında aptek, geyim və digər iaşə obyektləri

Yardımlıda “Deman” ailəvi istirahət mərkəzi

Yardımlıda iri bazar

Oğlu Elvin Mikayılovun adına “ASPAN” MMC şirkəti

Almaniyada 25 min avro nizamnamə kapitalı ilə “EFFEST” GMBH şirkəti

“ESKA-LİDER” MMC şirkəti

Xanımı Nailə Bayramovanın adına QRAND İMPEKS ŞİRKƏTİ

Bakıda Çin səfirliyinin yanında (Nizami küçəsi 104) qızı Ayselin adına “Aisel Boutique” bahalı geyim mağazası

Nərimanov r-nu. Hacı Murad 1/14 (“Ömür” klinikası ilə üzbəüz) Medoks Hiperbarik O₂ Müalicə Mərkəzi

ABŞ-da milyonluq villa

İngiltərədə və Türkiyədə biznes və malikanəsi

Maşın kolleksiyası:

90-DO-777 dövlət nömrə nişanlı Porsche Panamera

Qızı Ayselə məxsus 90-DO-777 nömrəli Audi Q5

Oğlu Elvinə məxsus ‪90-DD-909 nömrəli Audi S5‬

‪90-DD-909 nömrəli BMW M6‬ GranCoupe F06 Black

90-DD-909 – Jaguar F-Type

Bunlar sadəcə, araşdırmalar nəticəsində üzə çıxanlar, ictimaiyyətə məlum olanlardır. Başqa rayonların icra başçıları və digər vəzifəli şəxslərin də “süddən çıxmış ağ qaşıq” olmadığı hər kəsə məlumdur. O faktlar da üzə çıxdıqca, onları da təqdim edəcəyik.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button