Top.Mail.Ru
bannerMANŞET

“Prezidentə şeir yazdığıma görə işdən qovuldum” – ŞİKAYƏT

Sahil Babayevin işçisi dövlət başçısına şer yazdığına görə işdən qovulub.

Kaim.az xəbər verir ki, bu haqda ŞAMAXI rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı psixonevroloji sosial xidmət müəssisəsinin keçmiş təsərrüfat müdiri (direktor müavini) Samir Xanalıyev yazıb.

Redaksiyaya yolladığı şikayətdə o, bildirir ki, 20 ildir Yeni Azərbaycan Partiyasının üzvüdür.

Həmişə nümunəvi çalışıb.

Dövlət başçısını daim dəstəkləyib. Hətta, şeirlər kitabında İlham Əliyev və Mehriban Əliyevaya aid şerləri var. Lakin kitab işıq üzü gördükdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Nərmin Ernest qızı Bayramova axşam saat 7-də onu Şamaxıdan Bakıya çağırıb ərizə yazaraq işdən azad olunmağımı istəyib..

2019-cu ilin yanvarında Samir Xanalıyev işdən azad olunur. O vaxtdan Sahil Babayevə yüzdən çox məktub yollayıb. Ancaq nəticə yoxdur.

Şöbə müdiri nəinki cəzalandırılıb, Nərmin Bayramovaya hətta 23.06.2020-ci ildə Dövlət qulluğunda fərqləndiyinə görə müükafatı verilib.

Samir Xanalıyev deyir ki, Nərmin Bayramova onu məhz siyasi mövqeyinə görə işdən qovdurub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button