Top.Mail.Ru

MANŞET

Bakıdan Kremli SİLKƏLƏYƏN MESAJ – İlham Əliyev nə dedi ki, Rusiya ələ-ayağa DÜŞÜB?

Hazırkı geosiyasi vəziyyətdə yeni ideyalara, yeni stimullara, xüsusi yanaşmalara ehtiyac var. Brüssel danışıqları Ermənistanla-Azərbaycan arasında davamlı sülhün əldə olunması istiqamətində olduqca effektiv göründüyü bir məqamda Rusiyanın və Fransanın prosesdən kənar qalmamaq üçün etdikləri müdaxilələr, Bakı ilə İrəvan arasındakı müsbət irəliləyişləri bir qədər geri atdı. 

Lakin görünür, Avropa İttifaqının prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında Bakının Brüsseldə təqdim etdiyi 5 maddəlik sülh paketini əsas tutaraq düşmənçiliyə son vermək məqsədilə fəaliyyətini qaldığı yerdən davam etdirmək niyyətindədir.

Dünən Avropa İttifaqının xüsusi elçisi Dirk Şuebelin İrəvanın ardınca Bakıya gələrək İlham Əliyevlə görüşməsi və səsləndirdiyi fikirlərdən belə qənaətə gəlinir, amma Aİ bu dəfə tamamilə fərqli formatda bunu icra etməyi düşünür:

“Düşünürəm ki, son bir neçə ildə əməkdaşlıq çox yaxşı inkişaf edib. Biz bir sıra müstəvidə irəliləyirik. Sözsüz ki, enerji sahəsi. Lakin düşünürəm ki, siyasi müstəvidə də biz bir çox səylər göstərmişik. Prezident Mişel çox fəaldır, Siz dəfələrlə görüşmüsünüz və Siz onun, eləcə də bizim hamımızın, Avropa İttifaqının ədalətli vasitəçi olduğunu görmüsünüz. Bilirsiniz ki, bizim gizli gündəliyimiz yoxdur, xüsusi gündəliyimiz yoxdur. Biz sadəcə yaxşı əməkdaşlıq etmək və əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. Bir çox dialoqlar – təhlükəsizlik sahəsində və bir sıra başqa sahələrdə dialoqlar qurulub. Biz daha çox məsələni nəzərdən keçirməyə hazırıq. Lakin sözsüz ki, əsas məsələni, münaqişəni unutmaq istəmirik”.

Belə ki, Şarl Mişelin rəhbərlik etdiyi təşkilatın Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin regiona səfəri Ermənistanla Azərbaycan arasında Brüsseldən yarımçıq qalan danışıqların sürətli və effektiv davam etdirilməsi üçün hazırlıq məqsədi daşıyır.

Avropa İttifaqı nə düşünür?

✔️ Aİ bu formatda (tək-tək) Bakı və İrəvanla danışıqlar apararaq sülhə mane olmağa çalışan kənar qüvvələrin müdaxiləsini neytrallaşdırmaq barədə düşünür

✔️ Təşkilat Bakı ilə İrəvan arasındakı mübahisəli mövzuları təkbətək görüşlərdə razılaşdırıb, yekun sülh sazişinin imzalanması üçün Əliyev və Paşinyanı Brüsseldə bir araya gətirməyi planlaşdırır

Dünən Bakıda olan Avropa İttifaqının xüsusi elçisinin növbəti “İkitərəfli məsələlərə gəlincə, sonuncu məsələ bizim sazişimizdir. İstərdik, Sizdən xahiş edək ki, bunu həyata keçirmək üçün daha bir təkan verək. Bildiyiniz kimi, razılaşdırılası çox məqam qalmayıb. Ona görə də əgər biz ikitərəfli sazişi razılaşdıra bilsək, bu, əlbəttə ki, ikitərəfli əməkdaşlığımızda daha bir mühüm addım olacaq. Ümumilikdə isə biz burada dinləyici qismindəyik. Böyük məmnuniyyətlə Sizin fikirlərinizi, ideyalarınızı dinləyərik. Biz onları müvafiq olaraq paytaxtlarımızda öz rəhbərliklərimizə çatdıracağıq. Ümumilikdə isə biz sadəcə burada olmağa şadıq və bizi qəbul etdiyinizə görə minnətdarıq, cənab Prezident” fikirlərindən də səfərin məqsədini anlamaq çətin deyil.

Beləcə, cənab Dirk də etiraf edir ki, bizim Şərq Tərəfdaşlığının inkişaf etdirilməsi üçün Cənubi Qafqaz regionunda sülhün bərqərar olması, davamlı sabitlik olduqca əhəmiyyətli məsələ hesab edildiyindən, bizim qarşımızda Bakı ilə irəvan arasında bu sazişin imzalanması prioritet məsələ kimi dayanır.

Öz növbəsində Azərbaycan Prezidenti də Avropa İttifaqının bölgədə sülhə töhfəsi istiqamətində gördüyü işləri, fəaliyyətini təqdir etdi. Dövlət başçısının İrəvanla Bakı arasında davamlı sülhə mane olmaq, ayağa ilişmək üçün tərtib edilən planları da açıq şəkildə qeyd etməsi Azərbaycanın bu məsələdə qəti, qərarlı və dəyişilməz mövqeyini növbəti dəfə nümayiş etdirdi.

Görüş əsnasında dövlət başçısı çox önəmli məsələlərə toxundu, növbəti dəfə rəsmi Bakının mövqeyini açıq ortaya qoydu. Əliyevin dünən verdiyi mesajların əsas istiqaməti və ünvanı bəsbəllidir:

Moskvanın “Vardanyan” layihəsi sülhə əngəldir.

İlham Əliyev sülh sazişindən danışarkən Qarabağ mövzusuna da “Rusiya variantı”nı seçərək eyhamlar vuran Nikol Paşinyana və rəsmi Moskvaya bir daha bəyan etmiş oldu ki, sülh sazişində Qarabağa dair heç bir bəndi Bakı tərəfindən qəbul edilməyəcək, bu Azərbaycanın daxili işidir.

Və xüsusən də dövlət başçısı Qarabağ erməniləriylə dialoq və Ruben Vardanyanla bağlı mövqeyini aydın şəkildə Ermənistan və Rusiyaya növbəti dəfə açıq və net otaya qoydu: “Biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb”.

Bu fikirlər zamanı həm Vardanyana, həm də onu Qarabağa göndərən Rusiyaya mesaj verən Əliyev bəyan etdi ki, rəsmi Bakı Qarabağ ermənilərindən başqa heç bir qüvvənin marionetkası, əl meymunu ilə danışıq masasına oturmaq fikrində deyil, bu mümkünsüzdür. Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycan qanunlarını qəbul etməlidir, əks halda bölgəni tərk etməli olacaqlar.

Əliyev Qarabağ ermənilər ilə dialoqun başlandığını deyib. Bakını qarşıda daha mürəkkəb dövr gözləyir desək yanılmarıq. Çünki Bakının Qarabağ məsələsində barışmaz, güzəştəgetməz mövqeyindən növbəti dəfə və daha aydın şəkildə tanış olan adı çəkilən qüvvələr – silahlı separatçılar, Ruben Vardanyan və Qarabağdakı rusiyalı hərbçilər Azərbaycan qanunları ilə yaşamaq istəyən ermənilərə bu məsələdə ciddi mane olmağa çalışacaqlar.

Lakin Bakı bu məsələnin də həlli yolunu, formulunu çox yaxşı bilir. Azərbaycanın bu əngəlidə geridə qoyub, hədəfə çatmaq üçün “B” planının mövcudluğu istisna edilmir. Rəsmi Bakı çox gözəl bilir ki, bölgədə sabitliyi, dinc yaşayışı bərqərar etmək üçün Rusiya hərbçilərinin (sülhməramlı kontingent) bölgədən çıxarılması və separatçıların tərksilah edilməsi əsas şərtdir.

Bakıdan Moskvaya: “BƏSDİR ARTIQ” 

Əliyevin dünənki bu açıqlamalarının ardından Rusiya prezidenti V.Putinin dərhal Bakıya telefon açması və bu gün səhərin gözü açılmamış Rusiya Hökumətinin sədri Mixail Mişustinin tələsik Bakıya uçmasından belə görünür ki, Kremli ciddi silkələyib.

Belə görünür, iki gün əvvəl döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda nümunəvi tabor taktiki təlimi keçirərəkən real döyüş şəraitinə uyğunlaşdırılmış təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunu zərərsizləşdirərək ilkin tapşırığı müvəffəqiyyətlə yerinə yetirməsi və növbəti mərhələdə müşahidə postları qurub, hərbçilərimiz tərəfindən yaşayış məntəqələrində axtarış əməliyyatlarının icra olunması Moskvada nəyə işarə olduğu tam da anlaşılmamışdı.

Görünür, ötən gün dövlət başçısının Moskvaya ünvanladığı ismarıclardan sonra Kreml rəhbəri Azərbaycan Ordusunun və Azərbaycan Prezidentinin mesajlarının nəyə hesablandığını, vəziyyətin düşünüldüyündən də ciddi olduğunu, Azərbaycan üçün artıq bıçağın sümüyə dirəndiyini anladı.

Təhməz Əsədov

Bənzər yazılar

Back to top button