Top.Mail.Ru

MANŞET

Əliyevin Rusiyaya açıq mesajındakı ÖNƏMLİ DETALLAR: Moskvanın “Vardanyan kartı” NƏYƏ HESABLANMIŞDI?

Prezident İlham Əliyev Qarabağa gətirilən Ruben Vardanyanla bağlı mövqeyini açıq mətnlə elan etdi. Prezident Rusiyaya mesaj verdi ki, “Vardanyan planı”na imkan verilməyəcək. Qərbə izah etdi ki, Bakı Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır, amma rusların planına uyğun deyil və ermənilərlə təmasa mane olan da Moskvadır”.

KAİM.az Metbuat.az-a istinadən xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, əsas məqam Prezidentin Vardanyan məsələsini niyə indi və Aİ elçisini qəbul edərkən dilə gətirməsindədir.

“Qərb Qarabağdakı ermənilərlə Bakının təmaslar yaratmasını dəstəkləyir və bununla bağlı beynəlxalq mexanizmin indi yaradılmasını istəyir. Bu təklifi Bakı da qəbul edir, lakin separatçı-terrorçu rejimlə yox, erməni əhalisi ilə və mövcud situasiyada beynəlxalq mexanizmin indi yaradılmasına istəmir. Elə burada Vardanyan oyununun hədəfi ortaya çıxır. Təmaslarla bağlı beynəlxalq mexanizmin indi yaradılması separatçı-terrorçu rejimin “erməni əhalisinin nümayəndəsi” kimi qəbul edilməsi deməkdir, Bakı bunu qəbul etmir. Bakının bunu qəbul etməyəcəyini bildikləri üçün Vardanyanı Xankəndinə gətirdilər, qondarma “dövlət naziri” etdilər və istisna deyil ki, təmaslar planlaşdırdıqları kimi baş tutarsa, Araik oyundan çıxarılacaq, Vardanyan “erməni əhalisinin təmsilçisi” kimi masaya əyləşdiriləcək. Xankəndində təşkil edilən təxribat mitinqi də buna hesablanmışdı”.

Asif Nərimanlı hesab edir ki, Vardanyanın gətirilməsi həm də Azərbaycanın “cinayət işi açdığı separatçıların rəhbərləri ilə təmas qurmaq istəməməsi” arqumentinə qarşı hazırlanmış plandır.

“Planı quran və icra edən Rusiyadır, lakin Ermənistan və erməni diasporu, lobbisi də ortaqdır, Fransanın da bu prosesdə maraqlı tərəf olduğu bəllidir. Əliyev Qərb məhz bunun mesajını verdi ki, Rusiya erməni əhalisi ilə təmaslar üzərindən oyun qurur, bunu qəbul etməyəcəyik. “Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında konsensus” məsələsi də təmaslarla bağlı beynəlxalq mexanizmin indi yaradılmasını – bu, Rusiya və Ermənistanın marağındadır – arxa plana keçirməyə hesablanıb. Bakı tərəflərə “ortaq məxrəcə gəlin, sonra müzakirə edək” mesajı verir”.

Bənzər yazılar

Back to top button