Top.Mail.Ru

MANŞET

TƏCİLİ! Rusiya-NATO gərginliyi ARTIR – Təhlükəli vəziyyət YARANDI

Rusiyanın iki döyüş təyyarəsi Baltik dənizində müntəzəm əməliyyatlar aparan NATO Daimi Dəniz Missiyası Qrup 1 (SNMG1) gəmilərinə təhlükəli anlar yaşadıb.

KAİM.az Musavat.com-a istinadən xəbər verir ki, Rusiya döyüş təyyarələri SNMG1 NATO gəmilərindən 91 metr yüksəklikdə və cəmi 73 metr məsafədə uçub.

NATO hadisəni təhlükəli və qeyri-peşəkar yanaşma kimi qiymətləndirib.

Alyans hava hücumundan müdafiə təlimi üçün aktivləşdirilən, təhlükəli ərazidə edilən uçuşların səhv hesablama, xəta və qəza riskini artırdığını bildirib.

FotoJet (29).jpg (58 KB)

“NATO qüvvələri qaydalara uyğun və məsuliyyətlə hərəkət edir. Bölgədəki qanuni fəaliyyətimizə, təyyarələrin, gəmilərin və ya ekipajların güvənliyini təhlükə altına alan hər hansı müdaxiləyə lazımi şəkildə cavab verəcəyik” – bəyanatda qeyd olunub.

Bəyanatda manevrlər zamanı Rusiyaya məxsus təyyarələrin uçuş hündürlüyü və bir-birlərinə yaxınlığı xüsusi vurğulanıb.

Hadisənin Şimali Atlantika Şurasının Polşaya düşən raketlə bağlı iclasından bir gün sonra baş verməsi xüsusilə diqqət çəkir.

Bənzər yazılar

Back to top button