Top.Mail.Ru

MANŞET

TƏCİLİ: Almaniyada MÜHARİBƏ PLANI: bu ölkənin qəfil hücumu DAĞIDICI OLA BİLƏR

Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Eberhard Zorn konfidensial sənəd imzalayıb, ona əsasən Bundesver tam miqyaslı “hərbi müdafiə və əməliyyat təlimi” keçirməyə hazırlaşır.

KAİM.az “Der Spiegel”ə istinadla xəbər verir ki, söhbət Rusiya ilə birbaşa hərbi toqquşmaya hazırlaşmaqdan gedir.

Zornun sözlərinə görə, Rusiya Federasiyası Almaniya üçün təhdiddir və buna görə də Berlindən müharibə başlayacağı təqdirdə plan hazırlaması tələb olunur.

“Almaniyaya hücum potensial olaraq xəbərdarlıq edilmədən baş verə bilər və böyük, bəlkə də dağıdıcı nəticələrə səbəb ola bilər. Biz əminik ki, təlim keçmiş və hadisələrin hər cür inkişafına hazır olan Almaniya Silahlı Qüvvələri Rusiya üçün çəkindirici rol oynayacaq”, – Zorn bildirib.

Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Moskvanın “aqressiv planları”na dair heç bir sübutla öz ehtimallarını təsdiq edə bilməyib. //Publika.az

Bənzər yazılar

Back to top button