Top.Mail.Ru

MANŞET

SON DƏQİQƏ! Pentaqon BU PLANIN üzərində çalışır – Gərginliyi artıran GƏLİŞMƏ

Pekinin nüvə enerjisi ilə işləyən 6 sualtı gəmisinin hamısı 12 min 500 km mənzilli JL-3 raketləri ilə təchiz edilib.

 

KAİM.az “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, Çinə məxsus 6 nüvə sualtı qayığına yerləşdirilən yeni nəsil uzaqmənzilli ballistik raketlər Vaşinqtonla Pekin arasında gərginliyin qəfil artmasına səbəb olub. Sözügedən raketlər ABŞ-a öz sularından çataraq bu ölkəni vura bilər.

Eyni raketlərin əvvəlki versiyası olan JL-2 Çin sularından Alyaskanın bəzi hissələrinə gedə bilən 7,2 km məsafəyə sahib idi. ABŞ-ı təhdid etmək üçün JL-2 raketləri daşıyan sualtı qayıqlar Havay adaları yaxınlığında okeana çatmalı idi. Yenilənmiş JL-3-lər isə Çinin ABŞ torpaqlarını vurma qabiliyyətini xeyli artırır.

WhatsApp Image 2022-11-21 at 16.28.28 (1).jpeg (87 KB)

Çinin bu addımını ABŞ Sakit Okean Donanmasının komandanı, admiral Sem Paparo açıqlayıb. O bildirib ki, bu raketlər ABŞ-ı təhdid etmək üçün yerləşdirilib.

Paparo sözügedən sualtı qayıqlardan hər hansı birinin Havay adaları sahillərində üzməsi ilə bağlı sualları cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, ABŞ və Çin prezidentlərinin görüşünə baxmayaraq, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra Vaşinqton və Pekin arasında münasibətlər ən aşağı səviyyəyə düşüb.

WhatsApp Image 2022-11-21 at 16.28.28.jpeg (66 KB)

ABŞ Strategiya Komandanlığının rəhbəri admiral Çarlz Riçardın ötən ilin mart ayında Senata JL-3-lər barədə xəbərdarlıq etməsindən sonra Pentaqon ən azı bir ildir ki, yeni raketlərin yerləşdirilməsinə hazırlaşır.

Rəsmi Pekin yeni raketlərlə bağlı heç bir açıqlama verməsə də, çinli analitiklər ABŞ-ın Çinin normal milli müdafiə inkişafını şişirtdiyini bildirirlər.

Musavat.com

Bənzər yazılar

Back to top button