Top.Mail.Ru
bannerMANŞET

“Azərcell”dən “Bakcel”ə keçdi, peşman oldu- “Bu şirkətin dilin kimsə bilir görən?”

Son günlər mobil operatorlarla bağlı şiakətlər çoxalıb. Xüsusi ilə “Bakcell” mobil operatoru ilə bağlı şikayətlər pik həddə çatıb. Abunəçilər kütləvi şəkildə mobil şirkətin fəaliyyətinə etiraz edirlər.

Kaim.az-a şikayət edən Həsən Hüseynov deyir ki, əvvəl “Azərcell” abonenti imiş. Sonradan “Bakcel”ə keçib. Ancaq keçdiyinə çox peşman olub. Bu şirkətin servis xidmətləri çox aşağıdır. Şikayətlərə baxan yoxdur.

Şikayətçinin yazdıqların olduğu kimi dərc edirik:

“Yazib sizə bildirirəm ki, bir müddət əvvəl mənə məxsus olan, “Azercell” operator (+994 50) 326 87 01 nömrəmi “Bakcell” operatoruna daşıdım. Qarabağ müharibəsinin 10-cu günündən etibarən, yəni oktyabrda  mənim danışıq şəbəkəmdə ciddi problemlər başladı. Mən “Bakcel”in “Elmlər Akademiyası” müştəri xidmətinə müraciət etdim. İlk öncə nömrəmin dublikatını çıxarsaq problemin həllinə heç bir xeyri olmadı. ”Bakcel”in əməkdaşları istiqamət olaraq “Call centr”ə müraciət etməyimi tövsiyyə etdilər. Etdiyim şikayətlərə baxmayaraq “Baksel”in “call cent” əməkdaşları hər dəfə özlərinə uyğun tərzdə bəhanə gətirdilər.Dəfələrlə muştəri xidmətlərinə və “Call cent”rə müraciətimə baxmayaraq şikayətimi ciddiyə alınmadı. Elə cibimə qirib pulumu mənimsədilər.

Şikayətlərimin 4-5-ci dəfəsindən sonra mənə texniki şöbədən bir dəfə zəng olundu. Bildirdilər ki, guya yaşadığımız ərazidə qazıntı zamanı “Bakcel”ə aid olan naqilləri hansısa dövlət qurumu tərəfindən  zədələnib. Və bunun bərpası olunmadan heç bir vəd verə bilmirlər.

Mən “Bakcel”in əməkdaşından tələb etdim ki, texniki şöbənin səlahiyətli şəxslərindən dəqiq məlumat alsın və dolğun informasiya versin. 5-10 dəqiqə müddətindən sonra təkrar mənimlə əlaqə saxlayan şəxs bildirdiyi məlumatda heç bir dəyişiklik olmadığını dedi.

Şəbəkəylə bağlı olan problemimin nəçə ay və neçə il müddətinə həll olacağına dair məlumatın olmadığını bildirdi.

“Bakcel”in “Texniki şöbə”sinə, ”Müştəri xidmətləri”nə, ”Call cent”rin əməkdaşlarına başa sala bilmədim ki,  tək  yaşadığım ərazidə deyil, Baki şəhərini əhatə edən bütün ərazilərində bu  problemim var!!!!

Xahiş edirəm bu şirkətin Dilini bilən, bununla bağlı aidiyyatı olan qurumlar mənim məsələmə aydınlıq gətirsinlər. Bu kimi problemlərlə bağlı ciddi məşqul olsunlar və abonentlərin pulu muqabilində təlimata uyğun servis göstərsinlər.

Sonuncu dəfə “Call cent”rlə danişarkən mən onlara sonuncu dəfə zəng etdiyimi bildirmişdim .Demişdim ki mətbuat və sosial şəbəkə  vasitəsilə, məhkəməyə qədər şikayət edəcəm.

Yenə iradlarımı ciddi qəbul etmədilər. Əsəblərimi, vaxtımı və pulumu mənimsiyərək mənə ziyan vurublar. ”Bakcel”in əməkdaşları ilə danışığım  mən tərəfdən bütünlüklə qeydə alınmışdır.

Lazım olsa audio yazıları məcbur olub işıqlandıracam. Bəlkə şirkət bununla bağlı bir ölçü götürüb nəticə çıxarar. Müştərilərinə Ciblərinə girməyərək doğru xidmət göstərməyi  unutmazlar.

Hüseynov Həsən İslam oğlu

P.S. Qarşi tərəfi dinləyə bilərik.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button