Mollaların “ŞAHİD”i soyuqda DONDU – Tehran Moskvanı PƏRİŞAN ETDİ

Rusiyanın Silahlı Qüvvələri Ukraynada apardığı müharibədə “Shahed-136” zərbə PUA-larından istifadəni dayandırıb.
Moskvanın Tehrandan aldığı və sonradan adını dəyişərək “Geran-2” qoyduğu bu PUA-lardan istifadəyə ara verilməsinin səbəbi Rusiyada “Shahed-136” ehtiyatının tamamən tükənməsi deyil.
Səbəb daha bəsit və prozaikdir.
Ukraynada havaların kəskin soyuması, qış mövsümü ilə əlaqədar olaraq “Shahed-136″dan istifadəyə ara verilib. İran istehsalı olan bu primitiv PUA-ların mühərrikləri soyuq havada çalışmır.
“Shahed-136” ucuz plastikdən və şaxtaya davamsız olan materiallardan hazırlandığı üçün şaxtalı havalarda səmaya qalxa bilmir.
Məhz bu səbəbdən noyabrın 17-dən etibarən Ukraynadakı hərbi əməliyyatlarda rusiyalar “Shahed-136″lardan istifadə edə bilmirlər.
Halbuki həmin vaxtadək Rusiya ordusu Ukraynada paytaxt Kiyevi, digər şəhərləri və yaşayış məntəqələrini, xüsusilə də ölkənin kritik infrastruktur obyektlərini vurmaq üçün “Shahed-136” PUA-larından çox fəal istifadə edirdi.
Ukrayna Hərbi-Hava Qüvvələrinin son məlumatına görə, Rusiya indiyədək müharibədə 430 “Shahed-136” PUA-sından yararlanıb. //Milli.Az