Top.Mail.Ru
MANŞET

Ölümlə hədələnən vətəndaşdan prezidentə və nazirə müraciət – “Həyatım və ailəm təhlükədədir sizə yalvarıram…!”(VİDEOMÜRACİƏT)

Cəlilabad rayon 30 saylı Tibbi Sosial Ekspert Komissiyasının keçmiş sədri İbadov Mustafa Murtuza oğlunun dələduzluq yolu ilə vətəndaşa külli-muqdarda ziyan vurub sonra ailəni ölümlə təhdid etməsi ilə bağlı dəhşət doğuran faktlar üzə çıxıb.

Kainat.tv bildirir ki, Azia.az-a bu barədə Cəlilabad şəhəri Mehdi Hüseyn küçəsi 15-də yaşayan Nəsirov Babaxan Əhməd oğlu videomüraciət ünvanlayıb.

Saytların yığılması Saytların yığılması

Şikayətçi bildirib ki, başına gələn bu müsibət 2013-cü ildə baş verib. 2013-cü ildə Cəlilabad rayon 30 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri işləyən İbadov Mustafa Murtuza oğlu yaxşı tanıdığı Nəsirov Babaxan Əhməd oğluna zəng eərək iş otağına çağırıb. Bildirib ki, “sən yaxşı ziyalı və əla həkimsən, həmdə uzun illərin sınanmış dostusan, səni özümə müavin gətirmək istəyirəm. Ancaq bir şərtlə ki, bunun yuxarıya çatacaq xərci var. Mən xahiş etdim, xətir-hörmətə 50 min manat dedilər…”
Nəsirov Babaxan Əhməd oğlu əvvəl tərəddüd etsə də, komissiya sədrinin planı özünü doğruldur, yağlı dili və vədləri öz işini görür, həkimi razılığıa gətirə bilir. Nəsirov Babaxan Əhməd oğlu 25 min manatı bir həftə ərzində düzəldir və Cəlilabad rayon 30 saylı Tibbi Sosial Ekspert Komissiyasının o vaxtkı sədri İbadov Mustafa Murtuza oğluna verir. Bir həftədən sonra isə 23 min manatı düzəldərək İbadova çatdırır.
M.İbadovun tələsi bununla bitmir. Məkirli planın uğurlu olduğunu görən komissiya sədri növbəti planını işə salır. Aradan bir ay keçir, İbadov Mustafa Murtuza oğlu toruna saldığı həkim Nəsirov Babaxan Əhməd oğlunu yenidən yanına çağırır və bildirir ki, artıq yuxarıların razılığını almışam, yeganə problem odur ki, əlavə 50 min də verməlisən, əmrin hazırdır. Dediyim 50 mini verməsən sənin əvvəlki pulun batacaq. Komissiya sədrinin toruna düşən həkim çox qorxur. Artıq onu vəzifə maraqlandırmırdı . Düşünür ki, pulu verməsə əvvəlki puları batacaq. Komissiya sədrinini yağlı vədlərinə inanan Babaxan həkim düşür qapılara, qohum, qonşu, hamıdan başlayır pul yığmağa. Hətta, bir neçə bankdan kredit də alır, sələmə də girir. Bu minvalla bir neçə aya topladığı 50 min manatı gətirib verir komissiya sədrinə. Komissiya sədri bildirir ki, bir həftəyə sənin məsələn həll olacaq, gözlə. Bir həftə keçir, ay da tamam olur, komissiya sədrindən səs gəlmir. Həkim aldandığını başa düşür və Komissiya sədrinin Masallıdakı villasına gedir.
Komissiya sədri pulunu istəyən həkimi pis formada təhqir və təhdid edərək aldığıl 98 min manatın onda olmadığını, mötbər adama işin düzəlməsi üçün verdiyini deyib qapıdan qovur.
“M. İbadov Məni evinin həyətində bir neçə nəfərlə qarşıladı, Alçaldıcı formada təhqir və təhdid etdi, dedi ki, bir də bu pulun adını çəkmə sənin üçün ağır olar.”- deyə Babaxan həkim gözlərindəki göz yaşlarını gizlətməyə çalışsa da bunu bacarmırdı.
Bu hadisədən sonra şikayətçi Babaxan həkim insült keçirir və ağır vəziyyətdə yatağa düşür. Bir neçə aydan sonra özünə gələn Babaxan həkim yenidən Komissiya sədri ilə əlaqə saxlayır və görüş təyin edir. Ancaq bu dəfəki görüş daha pis nəticələnir. Komissiya sədri yanında gətirdiyi adamlarla toruna saldığı həkimi ölümlə hədələyir və bildirir “səni və ailəni öldütdürərım, nəvələrini girov götürdərəm, həyatını puç edərəm, əyər birdə məndən pulu tələb etsən və gedib hüquq – mühafizə orqanlarına şikayət etsən and olsun ki dediklərimi etdirərəm…”.
Babaxan həkim bir tərəfdən borc-xərclə topladığı pulu rüşvət verdiyi dələduz mənmurdan ala bilməyəcəyini görüb, üstəlik ailəsinin və özünün sərt şəkildə ölümlə təhdid olunmasını qorxaraq kor-peşiman evinə qayıdır.
Hər gün ailəsi və özü təqib, təhdid edilən Nəsirov Babaxan bilməyərək ölkə başçısı İlham Əliyev və Daxili İşlər naziri Vilayət Eyvazovdan köməkistəyir.
“ Azərbaycan Respublikasıının Prezidenti cənab İlham Əliyev, Daxili işlər naziri hörmətli Vilayət Eyvazov , Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbəri, Sizlərə üz tutub yalvarıram, həyatım və ailəm təhlükədədir. M.İbadovun sifarişi ilə tanımaığım silahlı şəxslərin təqibi və təhdidi ilə üz-üzə qalmışam. Sizlərə yalvarıram, mənim və ailəmin təhlükəsizliyinin təmin edib qoruyasız…!”-deyə, şikayətçi müraciətində bildirir.
Ətraflı videomüraciətdə:

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir