Top.Mail.Ru
MANŞET

SON DƏQİQƏ! Zəngəzur dəhlizi AÇILACAQ, artıq İran da… – Detallar AÇIQLANDI

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində çox ciddi məqamlara toxundu. Müsahibədə səslənən fikirlərbizdə daha böyük ümidlər yaratdı. İlk növbədə Azərbaycanın güclü sosial-iqtisadi, hərbi-siyasi cəhətdən inkişaf etdiyi bir daha həm xalqımıza, həm də dünya ictimaiyyətinə xatırladıldı. Digər tərəfdən keçilən yola nəzər salındı. Əldə olunan uğurlar qeyd olundu və qarşıya qoyulan böyük məqsədlər barədə də anonslar edildi.

KAİM.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

O hesab edir ki, bu ilk növbədə Ermənistanla imzalanacaq böyük sülh, sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması, Qərbi Azərbaycana qayıdış, Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma ilə bağlı bu il böyük uğurların əldə olunmasının gözləntiləri açıqlandı: “Ötən ilin sonuna kimi böyük sülh müqaviləsinin imzalanması gözlənilirdi. Bu əslində çox real görünürdü. Amma başda Fransa və İran kimi anti-Azərbaycan, anti-türk qüvvələr, o cümlədən Cənubi Qafqazda daimi sülhün olmasını istəməyən və öz mövcudluqlarını məhz bu şəkildə qoruyub saxlamağa çalışanlar buna imkan vermədilər. Eyni zamanda Nikol Paşinyan hakimiyyətinin zəif olması, sosial dayaqlarının az olması Ermənistanda müəyyən revanşist qüvvələrin hələ də baş nazirə qarşı təxribatlar və müqavimət göstərməsi bu prosesi əngəllədi”.

Deputatın fikrincə, Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsindən sonra Ermənistan mediasında Paşinyan da daxil olmaqla bir çox erməni siyasətçilərinin sülhə doğru addım atmaqda meyilli olduğunu görmək mümkün olur: “Əslində onların başqa bir çıxış yolları yoxdur. Dövlətimizin başçısı da konkret şəkildə vurğuladı ki, sülh müqaviləsi imzalanacaq və kommunikasiya xətləri açılacaq. Ermənistan istəsə də, istəməsə də bunu etməyə məcbur olacaq. 10 noyabr 2020-ci ildə öz üzərinə öhdəlik götürmüş Ermənistan bunları etməyə borcludur. Ermənistanın bu öhdəlikləri icra etməsi üçün bütün imkanlardan istifadə olunacaq. Əslində Azərbaycanın Ermənistana sülh təklifi onun bir dövlət kimi xilası deməkdir. Sülh bu gün bölgədə hamıdan daha çox Ermənistanın özünə lazımdır. Kommunikasiyaların açılması, əməkdaşlığın başlanması Ermənistan üçün vacibdir. Ona görə də, Ermənistanda da müəyyən olan qüvvələr artıq bu istiqamətə meyillənirlər”.

Komitə sədrinə görə, sülhün şərtlərini qalib tərəf olan Azərbaycan diqtə edir: “Azərbaycanın irəli sürdüyü şərtlər beynəlxalq hüquqa, tarixi reallıqlara, ədalətə əsaslanır. Bu şərtlər sözsüz ki, bölgədə hər kəsi qane edəcək. Son zamanlar müşahidələr onu göstərir ki, İranın da ritorikaları dəyişib. Artıq bu ölkə də gördü ki, Azərbaycanla düşmənçilik İranın özünə sərf etmir. Bu ölkənin özündə də çox ciddi problemlər yaşanır. İranın da ritorikaların yumşalması açılması fonunda bu iul kommunikasiyaların açılması istiqamətində bizə böyük imkanlar yaradacaq”.

Bənzər yazılar

Back to top button