Top.Mail.Ru
MANŞET

TƏCİLİ! Ermənistanın bu siyasəti Azərbaycana qazandırır – SENSASİON DETALLAR üzə çıxdı

Gedişatın dəyişməsi hansı səbəblərdən qaynaqlanır? Ermənistan KTMT-dən çıxa bilərmi? Çıxarsa, bu, Ermənistan üçün hansı nəticələrə səbəb ola bilər?

Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov Musavat.com-a bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kontekstində apardığı siyasət birmənalı şəkildə Azərbaycanın lehinədir:

9ef17a1a-232e-3898-b2ad-9c6ffa0b6e39_850.jpg (49 KB)

“O baxımdan ki, Ermənistan Rusiya ilə münasibətləri bilərəkdən korlayaraq KTMT-nin əsas siması və aktoru olan Rusiyanın müəyyən məsələlərlə bağlı ona güzəştə getməsinin qarşısını alır. Eyforiyaya qapılmaq lazım deyil. Qərbdəki bəzi qüvvələr erməni məsələsini Cənubi Qafqazda öz siyasətlərinin mərkəzi mövzusu kimi hesab etməyə davam edəcəklər. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında canla-başla iştirak etməsi, Rusiya ilə daha da yaxınlaşması Qərbin Ermənistandan əlini üzməsinə səbəb olmadı. Qərb 30 il ərzində bunu etmədi, bundan sonra da etməyəcək. Ermənistanın bu gün atdığı addımlar birmənalı olaraq öz əleyhinə yazılacaq. İstər Qarabağ, istərsə də Zəngəzur məsələsində gələcəkdə Azərbaycanın öz məqsədlərinə çatacağını göstərir.

e31c2c92-c84f-3003-9369-85eea3c6ea3b_850.jpg (60 KB)

Alen Simonyan Nikol Paşinyan kimi Ermənistanda qatı anti-Rusiya təbliğatı ilə məşğul olan şəxslərdəndir. Onların hər ikisinin fikrincə, Ermənistanın KTMT-də iştirakı dayandırılmalıdır, sadəcə olaraq bunu çox açıq şəkildə qeyd etmirlər. Onlar hesab edirlər ki, Ermənistan NATO yolunu seçməlidir. Amma iş orasındadır ki, bu gün Ermənistanın təhlükəsizliyi birbaşa Rusiya faktorundan asılıdır və bu ölkə istəsə belə, Avropaya Gürcüstan kimi inteqrasiya oluna bilməz. Gümrüdə Rusiya hərbi bazası var, Ermənistanın hava limanından tutmuş sərhədinə qədər Rusiya sərhədçiləri, təhlükəsizlik qüvvələri mövcuddur. Ermənistan iqtisadiyyatı demək olar ki, Rusiyadan, Rusiya şirkətlərindən asılıdır. Belə olan təqdirdə Ermənistanın Qərbə bir qədər də yaxınlaşmaq istəməsi gələcəkdə Ukrayna müharibəsi bitəndən sonra Rusiyanın Ermənistanla bağlı qəti addımlar atmasına gətirib çıxara bilər. Hətta Belarus kimi Rusiya ilə Ermənistan arasında müttəfiq dövlətin yaradılması tələbi səslənə bilər. Yaxud da Zəngəzurla bağlı mühüm qərarlar verilə bilər.

dd524299-314e-328c-85b2-96800d523250_850.jpeg (170 KB)

Cənubi Qafqazda cərəyan edən hadisələr birbaşa olaraq Rusiyadakı gələcək seçkilərdən, müharibədən və qlobal güclər arasında konfrontasiyadan asılı olan məsələlərdir. Biz çox dinamik hadisələrə şahidlik edirik. Bu və yaxud digər şəkildə Azərbaycan Rusiya, Avropa İttifaqı və ABŞ ilə münasibətlərdə Ermənsitandan fərqli olaraq səhvlər etmir. Bu, milli maraqlarımızın maksimum şəkildə reallaşmasına gətirib çıxarır.

20598333-d90e-3d37-ad43-9562fd7fb9e3_850.jpg (61 KB)

Paşinyan bir tərəfdən göstərmək istəyir ki, mən KTMT-yə yox deyirəm, gəlin məni müdafiə edin. Qərb onsuz da Paşinyanı bu və digər şəkildə müdafiə edəcək. Çünki Qərb üçün Ermənistanda Nikol Paşinyanın alternativi yoxdur. Digər tərəfdən, Cənubi Qafqazda Azərbaycanla münasibətlərdə də erməni məsələsi daim həm Rusiyada, həm də Qərbdə dominantlıq edəcək. Çünki onlar erməni məsələsi adı altında öz maraqlarını həyata keçirirlər”. //Musavat.com

Bənzər yazılar

Back to top button