Top.Mail.Ru
MANŞET

Bakını çıxılmaz vəziyyətə salmaq İSTƏYİRLƏR – Qərbin QarabAĞ YALANI…

“Hadisələr müəmmalı istiqamətdə inkişaf edir. Müxtəlif informasiyalar var ki, ən azı Rusiyanın Xarici işlər naziri çıxış edərək dedi ki, təmaslar var və bu təmaslar əsnasında məsələ yaxın müddətdə öz həllini tapacaq”.

KAİM.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Avropa Parlamenti qərəzli sənədi ilə növbəti dəfə anti-Azərbaycan mövqeyini nümayiş etdirdi:

“Biz hadisələri izləməliyik, baxmalıyıq ki, hadisələr hansı istiqamətdə inkişaf edəcək, konkret hansı real məlumatlar olacaq. O ki qaldı Avropa Parlamentinin qəbul etdiyi Qətnaməyə, yaxud da ki, illik hesabata və bu illik hesabatda Azərbaycanla bağlı qərəzli iddialara, təəssüflər olsun ki, bu ilk belə bir hal deyil. Avropa Parlamenti dəfələrlə Azərbaycanla bağlı qərəzli sənədlər qəbul edib, yaxud da ki, sənədlərdə Azərbaycanla bağlı qərəzli ittihamlar, maddələr yer alıb.

Bizim üçün bu, yeni bir şey deyil. O da ümumiyyətlə aclınacaqlı bir haldır. Baxın, Avropa İttifaqı iddia edir ki, güya Azərbaycan Ermənistanın torpaqlarını zəbt edib, güya Azərbaycan “Dağlıq Qarabağ xalqının” maraqlarına uyğun olan addımlar atmır və s. Bu, siyasi baxımdan bisavad bir yanaşmadır, çünki “Dağlıq Qarabağ xalqı” deyilən bir şey yoxdur. “Dağlıq Qarabağ” adlı dövlət və yaxud da ki, struktur mövcud deyil.

Bu adda bir “dövləti” Avropa İttifaqı heç özü də tanımır. Yaxşı, sən əgər onu tanımırsansa, onun adından niyə çıxış edirsən, sən onun aqibətindən niyə belə narahatsan? 

Digər tərəfdən absurd bəyanat ona görədir ki, bu “Dağlıq Qarabağ xalqı” nə deməkdir? Ermənilər tutaq ki, Rusiyanın Krosnadar vilayətində yaşayır, indi orada yaşayan ermənilər demək Krosnadar vilayətinin erməni xalqıdır? Və yaxud da ki, ermənilər elə Marseldə yaşayırlar, orada çoxluq təşkil edirlər, demək orada yaşanlar Marselin erməni xalqıdır? 

İşğalla bağlı olan iddialar da əsassızdır. Çünki 30 il ərzində elə Ermənistan Azərbaycanın ərazilərini işğalda saxlayıb. Bu işğal hamıya məlumdur. Amma həmin hesabatda bununla bağlı heç bir sətir də, bir söz də yoxdur. Bu da ondan xəbər verir ki, qəbul edilən bəyanat qərəzli, anti-Azərbaycan sənədidir və onun arxasında dayanan siyasi qruplar sadəcə olaraq Ermənistanın xoşuna gəlmək üçün belə addımlar atırlar. Əslində isə heç bir əhəmiyyəti, heç bir real təsirə malik olmayan bir sənəddir və digər sənədlər kimi bu sənədin də Azərbaycana heç bir təsiri olmayacaq”.

Qeyd edək ki, iki gün əvvəl Avropa Parlamenti Laçın yolunda baş verənlərlə bağlı ölkəmizi günahlandıran layihə ilə çıxış etdi. Azərbaycandan dəhlizi açmaq istənilməsi və Bakını “Dağlıq Qarabağdakı” ermənilərin hüquqlarının qorunmasına çağırması, Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı, Azərbaycan ordusunun “Ermənistan ərazisindən” çıxarılması kimi tələblərin layihəyə salınması kimi qərəzli, birtərəfli və heç bir əsası olmayan bəyanat qəbul edildi.

Bənzər yazılar

Back to top button