Top.Mail.Ru
MANŞET

TƏCİLİ! Bakı-Tehran xəttində qırılma QAÇILMAZDIR – İranın uydurmasına Əliyevin CAVABI – TƏHLİL

Azərbaycan bununla terror hücumuna görə bütün məsuliyyətin İran tərəfinin üzərinə düşdüyünü ən yüksək səviyyədə elan edir. Bu mövqe İran tərəfinin terror hücumunu “məişət hadisəsinə” bağlamaq cəhdləri fonunda əhəmiyyətlidir və hadisələrin inkişaf istiqamətini müəyyələşdirən faktor rolunu oynaya bilər.

– Tehran rejimi terror hücumunun “məişət hadisəsi” olduğu iddiasından əl çəkmir və bütün resursları ilə bu iddianı ictimai fikrə sırımağa çalışır;

– Artıq media üzərindən “hücumu Azərbaycan tərəfi təşkil edib” kimi absurd iddialar irəli sürülür;

– Terrorçu Yasin Hüseynzadənin “Azərbaycanla bağlılığı” haqda uydurmalar ortaya atılır;

– Terror aktının törədildiyi ilk gündə özünü “dost” kimi göstərməyə çalışan İran rejiminin ritorikası dəyişir: İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf hücumun terror aktı kimi dəyərləndirməsinə görə Azərbaycana “xəbərdarlıq” ünvanlayıb və bunun “sionistlərə xeyir verdiyi” kimi klassik iddialar səsləndirib;

– Terrorçu Yasin Hüseynzadəni qorumaq məqsədilə “şizofreniyadan” əziyyət çəkdiyi iddiası ilə dispansere yerləşdiriblər;

İran rejiminin sərgilədiyi mövqe terror hücumu ilə bağlı aparılan istintaqa da öz maraqlarına uyğun don geyindirəcəklərini deməyə əsas verir. Və bütün bunların Bakı-Tehran xəttində qırılma nöqtəsi olacağı istisna deyil.

Asif Nərimanlı

Bənzər yazılar

Back to top button