Əli Kərimlinin bitməyən Mehdiyev sevdası – “BOZU”un çətiri altında cilddən-cildə girən AXCP sədri

Bir nəvə toyunun ölkədə bu qədər gündəm olacağı kimsənin ağlına gələ bilməzdi. Toy qurtarar-qurtarmaz siyasi gündəmdə kimlərinsə kimlərlə gizli “eşq” yaşadığı, vüsalın həsrətiylə alışıb yandığı həmən üzə çıxdı… Kərimli Əli ilə Ramiz Mehdiyevin gizli yaxınlığı zaman-zaman deyilib.
AXCP sədrinin boz kardinalın çətiri altda özünü rahat hiss etməsi, istədiyi manevrləri həyata keçirməsi, özündən əzabkeş qəhrəman qayırması çox asan olub. Necə deyərlər, bütün ölkəyə meydan oxuyan adam üçün Kərimlini oyuncağa çevirmək, onu istədiyi “formaya” salmaq “ağsaqqalın” əlində su içimi kimi bir şeydir… İnsafən, Əli bəy də “Bozun” ona qarşı gizli sevgisinin üzə çıxmasını əngəlləyən addım atmadı. “Ağsaqqal” anında və zamanında müdafiə olundu, illərin vüsal həsrəti özünü çox gözləmədi… “Ramiz Mehdiyevin linç olunmasını Azərbaycan cəmiyyəti çox pis qarşıladı”.
Bəli, düz tapdınız, Kərimlinin sözləridir. Adama deyərlər yalançının evi yıxılsın, xarici pasportu yansın, hər ay 25 min dollara həsrət qalsın, ərəbin yarım milyon dollarının heç xeyrin görməsin… Bəli, adama deyərlər, Əli Kərimli kimi müxalif maskası altında cilddən-cildə girənə yox…
Görəsən, Mehdiyevə olan sevgi ilk qığılcımlarını hardan alıb? Təsadüfi deyil ki, bu qığılcımların təsirindən “Mehdiyev yaşlı və yazıq adamdır” – deyən Kərimli, imkanı olsa, əsabələrini də başına yığıb sinə döyər, yaxa cırar. Ki, əziz-girami patronları vəzifədən uzaqlaşdırılıb, hakimiyyətə təsir gücü sıfra enib.
Bildirək ki, Kərimlinin müxalif düşərgədə bütün avantüraların başında durmasını elə bütün düşərgə bilir. Qəribədir ki, özündən deyən bir çox müxaliflər nədənsə bunu deməyə ürək eləmirlər, yaxud “Bozun” çətrinin kölgəsi onların da canlarına rahatlıq gətirib??? Kərimlinin vaxtilə lideri tərəfindən “Millətin düşməni” adlandırılmasını çoxumuz unutmamışıq. Unudanlara növbəti yazımızda xatırladacağıq …
Ə.Rüstəmli