Tehranın Bakıya YENİ ÇİRKİN OYUNU – Azərbaycanlıları ARADAN GÖTÜRÜRLƏR

Xatırladaq ki, buna bənzər hadisə əvvəllər də yaşanıb. Azərbaycanlı şairlər İranda heç bir ittiham irəli sürülmədən həbsxanaya salınıb. Yalnız rəsmi Bakı məsələyə qarışandan sonra həmin gənclər azad edilmişdilər. Və yaxud götürək Tehrandakı səfirliyimizə edilən terror hücumunu. Terror hadisəsinin üstündən xeyli vaxt keçməsinə baxmayaraq, qarşı tərəfdən hər hansı bir məlumat daxil olmayıb.
İndi də bu gəncin “yoxa çıxması” təsadüfi sayıla bilməz. Bu insident sözsüz ki, mollakratiyann növbəti çirkin oyunudur: molla-fars rejimi indi də azərbaycanlıların “ovuna” çıxıb. İrandakı səfirliyimizə hücumdan sonra rejim deyəsən, bu ölkəyə gələn soydaşlarımızı potensial terrorçu gözündə görür. Bu səbəbdən də soydaşlarımız nə qədər bu ölkəyə getməsələr bir o qədər yaxşı olar. Nə qədər təəssüf doğuracaq olsa da, bu ölkəyə getməklə “casus” çıxa biləcəklərini gözlərinin önünə almalıdırlar.
Başqa bir ehtimalımıza görə, rejim bu gənci öz çirkin işlərinə cəlb etmək istəyib, o da bundan imtina edib. Bu səbəbdən də onu həbs edə bilərlər. Düzdür, bu, hələ ki ehtimal osla da, fars-molla rejimindən hər şeyi gözləmək olar. Səfirliyə terror hücumunu təşkil edib, diplomatik etik qaydaları pozan bir dövlətdən hər şeyi gözlmək olar. Müsəlman, islam dövləti olsa da, bütün dəyərlərin üstündən xətt çəkənlərdən hər bir şeyi gözləmək mümkündür. //Milli.Az