Top.Mail.Ru
MANŞET

SON DƏQİQƏ! İran ordusunu döyüş vəziyyətinə GƏTİRDİ: səbəb Azərbaycandır – SENSASİON DETALLAR

Göründüyü kimi, mollalar açıq şəkildə ölkəmizi savaşla hədələyir. Elə sərhədimizə göndərilən hərbi təyyarə və İranın Qarabağa 4 min terrorçu göndərmək planının ifşası da bu təhdidlərin ilk işartıları idi. Qardaş Türkiyənin “SuperHaber” portalı da son vaxtlar İranın artan təxribatlarına toxunub və sensasiya sayıla biləcək təfərratları araşdırıb.

“Diplomatik mənbələr İranın ordunu döyüşə hazır vəziyyətə gətirməsinin səbəbinin Bakı olduğunu bildirir”, deyə xəbərdə deyilir. Əlavə edilir ki, “hələlik daxili təlatümləri yatıran İranın bölgəsində baş verən bəzi hadisələrə biganə qalmayaraq hücuma keçdiyi üzə çıxıb. İrana məxsus döyüş təyyarəsinin ötən həftə Azərbaycanın Zəngilan şəhəri üzərində sərhədi pozduğu məlum olub.

Digər tərəfdən, İran İnqilabı Keşikçiləri Korpusunun media bölməsi olan Sepah News-un ordunun sayıqlığı və Tehranın bəyanatından sonra “qırmızı xəttimiz” adlandırdığı xəbərdaredici video yayımladığı məlum olub. Videoda görüntülər İran ordusu və ağır silahları, Türkiyə xəritəsi, ay-ulduzlu bayraq və Zəngəzur dəhlizinin xəritəsi hazırlanır və Sepah News-un videosu ilə İranın Azərbaycandan “qırmızı xəttini” çəkərək Türkiyəni qorxutduğu iddia edilir”, deyə portal yazır.

Beləliklə, 44 günlük Vətən müharibəsinin nəticələri ilə İran heç cürə barışmaq istəmir. Regionda Azərbaycanın lehinə hər hansı dəyişikliklər gündəmə gəldikdə, mollakratiyadan təhdid səslərinin gəlməsi də bünu təsdiq edir. Tək bir fakt – İran mətbuatında bir gün ərzində ölkəmiz əleyhinə yazılan hədələr 30 illik işğal dövründə heç Ermənistana olmayb…//Milli.Az

Bənzər yazılar

Back to top button