
“Artsax Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan və Xarici İşlər Naziri David Babayan ilə geniş mövzuları müzakirə etdik.”
Kaim.az xəbər verir ki, bu haqda Yerkir.am-a müsahibə verən Daşnaktsütyun Ali Qurumunun nümayəndəsi İşxan Saqhatelyan danışıb. O Dağlıq Qarabağa səfəri zamanı keçirdiyi rəsmi görüşlərin nəticələri barədə açıqlama verib. Onun sözlərinə görə, sualların birinci qrupu Artsaxın sərhədlərinin qorunması və əhalinin təhlükəsizliyinin təmin olunması, ikincisi – Artsaxın statusu, üçüncüsü – Artsax əhalisinin üzləşdiyi sosial-iqtisadi problemlərlə əlaqəli idi:
“Biz Daşnaksütyun olaraq bu üç istiqamətdə aparılan işlərdə tam və fəal iştirak etməyə hazır olduğumuzu bir daha təsdiqlədik” Görüşlər zamanı Artsaxın Azərbaycan daxilində statusunun təmin edilməsi prosesini istisna tam istisna etdik. Buna görə Artsaxın beynəlxalq tanınması və işlərin koordinasiyası ilə bağlı əlavə müzakirələrin davam etdirilməsi üçün əlavə bir razılıq əldə etdik. Artsax xalqının arxasında 10 milyon erməninin nəfəsini hiss etməsi vacibdir. Bu gün Artsax və Artsaxın yanında dayanmalıyıq Məğlub olmaq haqqımız yoxdur. Xalq ayağa qalxmalıdır, bu, bütün ermənilərin dəstəyi, ortaq şəkildə hazırlanmış addımlarla baş verməlidir. Artsaxı itirmək, Ermənistanı da itirmək, erməni xalqı tarixinin son səhifəsini bağlamaq deməkdir. Kim, kim, ancaq biz buna icazə verməyəcəyi”
P.S. Əslində vacib olan budur- daşnakların bizim ərazidə nə iti azıb? Rus sülhməramlıları nə vaxta kimi erməni siyasətçiləri qanunsuz olaraq ərazimizə buraxacaqlar?