Top.Mail.Ru
MANŞET

Separatçılar Paşinyanı HƏDƏLƏDİ – Qarabağda GƏRGİNLİK PİK HƏDDƏ

Ermənistanın baş naziri Nikol Paşinyanın dünənki mətbuat konfransında səsləndirdiyi sensasion bəyanat gözlənildiyi kimi, Qarabağda Rusiya sülhməramlılarının nəzarəti altında yaşayan ermənilər arasında şok effekti doğurub. Baş nazirin Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi görməsi bəyanatı qondarma qurumun “parlamenti”nin müvafiq bəyanat verməsinə səbəb olub.

Erməni xəbər agentliklərinin yaydığı xəbərə görə, baş nazirin açıqlaması qondarma qurumda “hiddət və qəzəb” doğurub: “Əslində, Nikol Paşinyan bu öhdəliklə Ermənistan və qondarma qurumla bağlı müddəaları, xüsusən də Ermənistanın 8 iyul tarixli qərarının imperativ müddəasını kobud şəkildə pozur. 1992-ci ildə “Dağlıq Qarabağ Respublikasının Azərbaycanın tərkib hissəsi kimi göstərildiyi hər hansı beynəlxalq və ya daxili sənəd Ermənistan Respublikası üçün qəbuledilməz hesab olunur”.

Saytların yığılması Saytların yığılması

Separatçılar iddia edib ki, qondarma qurumun statusu “1991-ci il dekabrın 10-da xalqın iradəsi ilə müəyyən edilib və heç bir gücün onu dəyişməyə haqqı yoxdur”. Bəyanatda o da bildirilir ki, “Nikol Paşinyanın bəyanatı  suverenliyə, xalqımızın öz müqəddəratını təyinetmə hüququna və onun həyata keçirilməsi faktına məhəl qoymur və tərtib edilmiş hər hansı sənəd bizim üçün qəbuledilməzdir və əhəmiyyətsizdir”.

Separatçıların qondarma deputatları qəbul etdikləri bəyanatda onu da bildiriblər ki, gözlənilən real təhlükədən dərin narahatlıq keçirirlər və bu səbəbdən də “bütün erməniləri Ermənistanın Qarabağı Azərbaycana verməklə bağlı fəlakətli addımlarının qarşısını almağa” çağırırlar.

Sonda isə Ermənistan və qondarma qurumun keçmiş və indiki prezidentlərini Nikol Paşinyanın verdiyi bəyanatları pisləməyə çağırış əks olunub. “Əks halda, sizin susmağınızı baş nazirlə razılaşma əlaməti kimi qiymətləndirəcəyik” deyə bəyanatda vurğulanıb. //Milli.Az

Bənzər yazılar

Bunu da oxu
Close