
Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.
KAİM.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər sərəncam ilə Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.