
Müdafiə Nazirliyinin sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkov Rusiyadadır.
KAİM.az bildirir ki, bu haqda “Hürriyyət” qəzeti məlumat yayıb.
Xəbərdə bildirilir ki, qəzetin etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, vəzifədən çıxarıldıqdan sonra sabiq Baş qərargah rəisinin səhhətində ciddi problem yaranıb. Bu səbəbdən də onun bu günlərdə Moskvada açıq ürək əməliyyatı keçirdiyi bildirilir.
Hazırda xəstəxanada olduğu iddia olunan N.Sadıkovun səhhətində yaranmış problem onun üçün həyati əhəmiyyət daşıdığı da bildirilir.
Onuda qeyd edək ki, günlər öncə Nəcməddin Sadıkovun həbs edilib ev dustağı edilməsi barədə ölkə mediasında məlumatlar tirajlanmışdı. Amma görünən odur ki, Nəcməddin Sadıkov haqqında gəzən həqiqətlərdən necə olursa olsun canını qurtarmağa çalışdığı heç də gizlin deyil.
KAİM.az