
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmovun vəzifədən getməsi ilə bağlı xəbərlər var.
KAİM.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Beləki, 2015-ci ilin aprelində 5 il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilən Elman Rüstəmovun 2021-ci il aprel ayında müddəti bitiyi üçün vəzifədən azad ediləcəyi deyilir.
Qeyd edək ki, Mərkəzi Bankın sədri vəzifəsinə təyinat 5 ildir. “Şöhrət” ordenli baş bankir bu vəzifəyə 5 dəfə təyin olunub.
Yeni bankirin kimliyi isə ölkədə aparılan islahatların nəticəsi olaraq, gənc kadırlardan olacağı da yayılan xəbərlərdə bildirilib.
KAİM.az