
Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurası ötən gün Azərbaycanda suyun qiymətinin artırılmasına qərar verib.
Bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.
KAİM.az bildirir ki, iqtisadçı ekspert Azər Mehtiyev suyun ikiqat qalxmasını şərh edib.

Qeyd edək ki, suyun qiymətinin ikiqat artılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
KAİM.az xəbər verir ki, tədqiqatçı-jurnalist Cavanşir Həsənli qiymət artımından sonra “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova məxsus olduğu iddia edilən hamamların fotosunu paylaşaraq bu sözləri yazıb:
“Deyilənə görə “Azərsu”nun şefi Qorxmaz Hüseynovun hamamlarıdır. Hüseynovun bu hamamlarına gələn su 1 milyardlıq Oğuz-Qəbələ-Bakı kəməri ilə gətirilmsidir”.
Bundan başqa Q.Hüseynovun yaxınlarına məxsus onlarla 10 manatlıq MMC-lər var ki, bir neçə milyonluq iş icraatı ilə məşğul olur. Əlbəttdəki, bu MMC-lərin necə fəailiyyət göstərməsi də hər kəsə gün kimi aydındır. Elə, Qorxmaz Hüseynovada….

