
Gələcəyə baxmalı və kimin ilk hücum etdiyi, bu ərazinin kimə məxsus olması barədə bitməyən müzakirələrə qayıtmamalıyıq.
Bunu Ermənistan parlamentinin “Mənim addımım” blokundan olan millət vəkili Anuş Beqloyan deyib.
Türkiyə, Azərbaycan və Gürcüstan təmsilçilərinin də qatıldığı “Sərhəd ZONA” layihəsinin onlayn konfransında danışan deputat bildirib ki, sonsuz müzakirələrə qayıtmağa ehtiyac yoxdur. Çünki bənzər müzakirələr sonda müharibəyə gətirib çıxarıb.
O, erməniləri azərbaycanlılar və türklərlə birlikdə böyük gələcək gözlədiyini qeyd edib.