Top.Mail.Ru

MANŞET

Tofiq Yaqublu azadlığa buraxıldı – SON DƏQİQƏ (YENİLƏNİB)

Bu dəqiqələrdə Tofiq Yaqublu azadlığa buraxıldı.

Əlavə məlumat veriləcək.

***

Loading...
Yazının davamı reklamdan sonra

Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəmə prosesi başlayıb.

Kainat.tv-nin  məlumatına görə, bu gün onun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılır. Prosesə hakim Elmar Rəhimov sədrlik edir.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından “City Hospital”a köçürülüb.  /Trend/

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button