Top.Mail.Ru
MANŞET

COP29-dan sonra MÜHARİBƏ BAŞLAYACAQ? Ermənilərdən ŞOK İDDİA – detallar/VİDEO

“Ermənistan hakimiyyətində və cəmiyyətində belə bir xof yaranıb ki, guya noyabr ayına qədər Azərbaycanla sülh və ya çərçivə sazişi imzalanmasa, Bakıda keçiriləcək COP-29-dan sonra yeni müharibə başlayacaq”.

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Ermənistanın qərbpəsərt siyasətçiləri və ekspertləri baş nazir Nikol Paşinyana təklif edirlər ki, noyabra qədər İrəvan Avropa İttifaqına üzvlüklə bağlı Brüsselə rəsmi müraciət ünvanlasın:

Saytların yığılması Saytların yığılması

“Əks halda Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı qorumaq istəməyəcək və bu ərazi itkisinə səbəb olacaq.

Bu təklifin arxasında o “məntiq” dayanır ki, Rusiyanın bacarmadığını Avropa İttifaqı bacaracaq və Azərbaycan ordusuna yeni mövqelərdə möhkəmlənməyə Brüssel mane olacaq.
Avropa İttifaqı bunu necə edəcək, orası maraqlıdır. Məsələnin ikinci tərəfi isə odur ki, Azərbaycanın nə noyabrdan əvvəl, nə də sonra Ermənistana müdaxilə etmək kimi planı yoxdur, başımız işğaldan azad olunan ərazilərdə quruculuq işlərinə qarışıb. Bundan başqa şərti sərhəddə strateji yüksəkliklər nəzarətimiz altındadır, bundan artığı bizə lazım deyil. O başqa məsələ ki, Paşinyanın tam nəzarət edə bilmədiyi Ermənistan ordusundakı “5-ci kolonun” hərbçiləri yenə Azərbaycan tərəfə atəş açarlarsa, bunun onlar üçün ağır nəticələri olacaq və bu halda qarşı tərəf həqiqətən ərazi itkisi ilə üzləşə bilər”.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız eks xarici işlər naziri Tofiq Zülfüqarovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bənzər yazılar