
İranın Sistan-Bəlucistan əyalətinin Nikşəhr şəhərində naməlum silahlı dəstə üzvlərinin hücumunda SEPAH üç hərbçisini itirib.
KAİM.az xəbər verir ki, bu barədə SEPAH-ın quru qoşunlarının “Qüds” qərargahından açıqlama verilib.
Məlumata görə, iranlı hərbçilər bölgədə reyd keçirərkən naməlum yaraqlıların hücumuna məruz qalıb. Hücumda 3 hərbçi həlak olub, 1-i yaralanıb. Atışma nəticəsində silahlılardan ikisi öldürülüb.
Hücumu həyata keçirənləri tutmaq üçün bölgədə axtarış əməliyyatına başlanılıb.
Qeyd edək ki, fevralın 16-da İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) 3 əməkdaşı Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətində baş verən qarşıdurma zamanı öldürülüb./konkret.az
KAİM.az