
Müasir dövrün qaynar münaqişə mövqeyində olan ən məşhur iki ölkəsi Hindistan və Pakistan arasındakı gərginlik səngimək bilmir. Dövrün aktual Kəşmir problemi azmış kimi, illərin problemli məsələləridə həllsiz qalıb və aranın daha da qızğınlaşmasına səbəb olan əsas predmetlərdən birinə çevrilib.
“Dostluq” ekspressində qandonduran terror-2007
2007-ci ildə Hindistandan Pakistana yola düşən “Dostluq” ekspressində terror aktı törədildi. Dəhşətli partlayış nəticəsində 44-ü pakistanlı olan 68 nəfər sərnişin amansızca qətlə yetirildi.
Pakistan XİN siyasi münasibətdə olan çatışmamazlıqları nəzərə alaraq, Hindistana xüsusi qaydada müraciət etdi və günahkarların mühakimə olunmasını istədi. Uzun zaman keçməsinə baxmayaq, Hindistan mühafizə orqanları cinayətkarların hələ də axtarışda olduğunu açıqladı. Bir müddət sonra, terror hadisəsinin əsas fiquru Sunil Joshi naməlum şəxslər tərəfindən evinin kandarında güllələndi. Qısa zaman sonra Hindistan XİN digər şübhəlilərin mühafizə orqanları tərəfindən saxlanıldığını elan etdi.
Heç cür baş tutmayan məhkəmə – 2019-cu il
2019-cu ilə qədər Hindistan rəsmilərinə Pakistan tərəfindən ədalətin bərpa edilməsi barəsində müraciət edilsə də, təkliflər saymazyana qəbul edilmiş və reaksiyasız qalmışdı.
2019-cu ildə isə məlum hadisənin şübhəliləri Hindistan məhkəməsi tərəfindən “sübut çatışmamazlığı” səbəbilə sərbəst buraxıldı.
Hindistana ciddi xəbərdarlıq – 2021
Bu günlərdə Pakistan XİN hadisənin araşdırılması və dürüst hüquqi qiymət verilməsi üçün Hindistana yenidən müraciət edib.
Nazirliyin yaydığı bəyanatda “Samjhauta Express terror hücumunun qurbanları hələ də ədaləti gözləyir” deyə qeyd olunub.
Kənan Bahaduroğlu
KAİM.az