7-ci sinif tarix dərsliyində rəzalət – erməniər Bərdədə

Tarix dərsliklərində zaman-zaman üzə çıxan problemlər cəmiyyət tərəfindən həssaslıqla qarşılanır. Son olaraq 7-ci sinif üzrə tarix dərsliyində valideynləri narahat edən bir məqam üzə çıxıb.
Bu barədə eks deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə musavat-a məlumat verib.
Onun sözlərinə görə, valideynlər dərsliklərdə yer alan xəritələrin də fotolarını ona göndərərək, problemi nəzərə çatdırıblar: “7-ci sinfin tarix dərsliklərində Arsak ərazisi göstərilib. Diqqətlə baxsanız, Bərdədən aşağı, Naxçıvanın isə üst hissəsində Arsak yazılıb. Bu, bir biabırçılıqdır. Hesab edirəm ki, bunun qarşısı dərhal alınmalıdır, bunu yazanlar da tapılıb cəzalandırılmalıdır”.
Ç.Qənizadə bildirib ki, bununla bağlı bir tarixçinin izahatına rast gəlib. Tarixçi bunun Ərsax sözündən götürüldüyünü, bunun isə bir türk qəbiləsinin adı olduğunu qeyd edib: “Amma görürsünüz ki, ermənilər bunu sonradan Artsax ediblər. Nəyə görə biz bu Ərsaxı yazmalıyıq ki, erməni də bunu Arsax eləsin. Hətta Ərsaq sözündən olsa belə, bunu ermənilərin əlinə bəhanə kimi vermək olmaz”.
Kainat.tv: Ermənilər işğal etdikləri Qarabağı(ŞUŞA)Arsak yox, Artsax adlandırırlar Bildirim ki, Arsak, Albaniya dövründə qafqaza köç edən kimmer, skif , sak tayfalarının adından alınmış toponimdir. Arsak, sözü Ersak – igid saklar mənsaından çevrilmədir.Digər iki tayfa kimmer və skiflər Urmiya gölü sahillərində , Araz cayının şimalında məskunlaşıblar. Bunu 20 il qabakı dərs kitablarında da görmək mümkün idi. Zatən o zamanakı dərs kitablarının da müəllifi Yagub Mahmudov olub.Bu günkü kitabda olanlarda o vaxtki, kitabda yazılanlarla eynidir sadəcə qrafik yenilənib.
Ayılın cənablar ayılın belə təxribatlara uymayaq. Ayılın ki, Azərbaycanımıza sahib çıxaq. Vətənimizi bölməyə çalışan nadürüstləri, torpağımızı, müsiqimizi, təhsilimizi əlimizdən zorla alanları DAR AĞACIna çəkə bilək!!!
Fikrət




