Top.Mail.Ru
bannerMANŞET

Əlil vətəndaşdan ŞOK İDDİA: “İntihar etsəm səbəbkarı NBC Bank və Aqrolizinq ASC-dir”

Prezident İlham Əliyevin Kənd Təsərrüfatı sahəsinə ayırdığı xüsusi diqqətə və bəslədiyi qayğıya kölgə saldığı iddia edilən iki qurum barəsində Eyvaz İbrahimov tərəfindən KAİM.az redaksiyasına şikayət ərizəsi daxil olub. Məlumatda “NBC” Bank və “Aqrolizinq” ASC barəsində tükürpədən ittihamlar qeyd edilib. Korrupsiyadan tutmuş dələduzluğa qədər, dövlətin ali qanunlarının pozulmasından tutmuş vətəndaşı intihar həddinə çatdıracaq əməllərə qədər hər bir məzmundan bəhs edilib.

Məşhur tərəfdaşların birgə qanunsuz əməllərinin olduğunu iddia edən şəxsin ərizəsini təqdim edirik!

Saytların yığılması Saytların yığılması

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Ucar rayonu Məlikballı kənd sakini İbrahimov Eyvaz Əbülfət oğlu tərəfindən
ŞİKAYƏT

Bu şikayətimdə yazıb Sizə bildirirəm ki, “NBC Bank” “Aqrolizinq” ASC-nin rəhbərliyi ilə əlbir olaraq mənim pulumu mənimsəyiblər. Belə ki, Kənd Təsərrüfatı texnikasını lizinqlə almaq üçün 24 dekabr 2019-cu il tarixində Bakı şəhərində “Aqrolizinq” ASC-də oldum. Orda razılıq əldə etdik və traktor “Belarus-892” markalı teknikanı lizinqlə almalı oldum. Buna görə NBC Lizinq MMC ilə Kənd Təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 27 dekabr 2019-cu il tarixdə 560 nömrəli müqavilə bağladıq.

Mənə verilən sənədlər (müqavilə və etibarnamə) əsasında 27 dekabr 2019-cu il tarixində 10292 (on min iki yüz doxsan iki) manat pulu “NBC Bank”a ödədim.

Sonra mənə dedilər ki, sənə zəng edəcəyik, həmin vaxt gələrsən texnikanı götürərsən. Uzun müddət gözlədim. Axır ki, 24 aprel 2020-ci il tarixində məni qəbula çağırdılar. Açılan aylıq ödənişə əsasən 275 manat “NBC Bank”a ödəniş etdim. Mənə bildirildi ki, 15 may 2020-ci il tarixdə texnika sənə veriləcək.

28 aprel 2020-ci il tarixdə isə mənə zəng edib bildirdilər ki, “NBC Bank” bağlandı, buna görə sizə lizinq yolu ilə texnikanı vermək mümkün olmayacaq. 27 dekabr 2019-cu il tarixində “560 nömrəli müqavilə”yə əsasən texnika mənə 20 gün müddətində verilməli idi.

“Aqrolizinq” ASC tərəfindən mənə bildirdilər ki, “NBC Bank” sən ödədiyin pulu bizə köçürməyib. Bu zaman mənə məlum oldu ki, bir qrup vəzifəli şəxs səlahiyyətlərindən sui-istifadə edərək məni aldadıb, pulumu ələ keçiriblər. Bunun adı korrupsiya cinayətidir.

Hazırda isə ödədiyim 10567 manat özümə qaytarılmayıb, nədə ki, texnika mənə verilməyib.

Etdiyim şikayətdən sonra 08 iyun 2020-ci il tarixində məni “NBC Bank” ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondundan çağırıb lizinq hesabına ödədiyim pulun təchizatçıya ödənilməsi xahişi ilə ərizə yazdırdılar. Amma dedilər ki, pulun təchizatçıya ödənilməsi uzun prosesdir.

Mən ikinci qrup əliləm, ailəmizdə heç kəs işləmir. Lizinq yolu ilə almaq istədiyim texnikaya görə 27 dekabr 2019-cu il tarixində bağladığım müqavilənin şərtlərinə tam əməl etmişəm, hətta bir aylıq ödənişdə etmişəm. Xüsusi olaraq qeyd edim ki, 27 dekabr 2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən, “NBC Bank” pulu 20 gün müddətində “Aqrolizinq” ASC-yə köçürməli idi. Ancaq bunu etməmişdir və 4 aydan sonra bank bağlanmışdır. Göründüyü kimi bankın bağlanılmasının əsas göstərilməsi qanunsuzdur.

Bu cinayət əməlidir ki, “NBC Bank” “Aqrolizinq” ASC ilə əlbir ediblər. Nəsimi rayon prokurorluğunda mənim şikayət ərizəm ilkin vaxtda araşdırılsa da,  rüşvət alıb cinayət işi başlatmadılar. Əslində onların əməllərində cinayət tərkibi var. Bir qrup vəzifəli şəxs dələduzluq və korrupsiya cinayəti əsasında mənim pulumu ələ keçiriblər.

Sizdən xahiş edirəm ki, şikayət ərizəmi araşdırıb müqaviləyə əsasən “NBC Bank”a ödədiyim 10567 manat pulun tez bir zamanda təchizatçıya qaytarılmasına köməklik göstərəsiniz, mənə qarşı cinayət etmiş NBC Bankın rəhbərliyi barədə qanuni tədbirlər görəsiniz. Əks təqdirdə mən intihar etsəm, bunun məsuliyyəti “NBC Bank”ın, “Aqro Lizinq” rəhbərliyinin və Nəsimi rayon prokurorunun üzərinə düşəcək.”

Əlaqə telefonu; (050) 519-70-32

Qeyd: İddialarla əlaqədar digər qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir