Top.Mail.Ru
bannerMANŞET

Sabiq icra başçısının həbs edilən qohumu ilə bağlı İLGİNC QƏRAR-Cəzası DƏYİŞDİ

Bakı Apellyasiya Məhkəməsində Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KAİM.az xəbər verir ki, hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, X.Məmmədov barədə hökm dəyişdirilib. Belə ki, onun əməli Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsindən 178.2.2, 178.2.3 və 178.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, təkrar törədildilməklə xeyli miqdarda dələduzluq) maddələrinə tövsif edilib. Sabiq rəis müavininə həmin maddələrlə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi (rüşvət verməyə təhriketmə) ilə təyin edilən 7 il müddətə azadlıqdan məhrum etmə cəzası isə 12 000 manat miqdarında cərimə cəzası ilə əvəz olunub.

İttihama görə, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək bir sıra qanunsuz tikililərə görə dələduzluq edib və rüşvət alıb. O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. X.Məmmədov Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi onu 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib. X.Məmmədov hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

Apellyasiya instansiyası hökmü dəyişdirərək X.Məmmədovun cəzasını 4 ilə endirib. Keçmiş rəis müavini bu dəfə Ali Məhkəməyə üz tutub. Məhkəmə yenidən baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

2020-ci ilin əvvəlində X.Məmmədovun ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinə baxılıb və təmin edilib.

Xatırladaq ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur. /Report/

KAİM.az

KAİNAT TV-NİN NOVRUZ ŞƏNLİYİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button