Top.Mail.Ru
bannerMANŞET

“Əməli qanundan üstün icra başçısı” KİMDİR?- Gecə ilə evləri sökən qoçulardan NARAZILIQ ( VİDEO )

Nəsimi rayonunda tikinti şirkətlərinin özbaşınalığı davam edir. Gecə ilə evlər sökülür, məhkəmə qərarı olmadan vətəndaşların əmlakı darmadağın edilir.

KAİM.az xəbər verir ki, Musavat.com-un bu mövzuları bir neçə dəfə ictimailəşdirməsinə baxmayaraq, nə icra hakimiyyəti, nə müvafiq qurumlar, nə də tikinti şirkəti vətəndaşların problemini həll etmir.

Aylardır evlərindən çıxarılan vətəndaşlarla heç kim maraqlanmır. Nəsimi Rayon İcra hakimiyyəti isə bütün bu baş verənlərə göz yumur.

Narazı vətəndaş Mansur Ələkbərov deyir ki, icra başçısı Asif Əsgərov rayonu öz “qanunları” ilə idarə edir: “Özlərini qanundan üstün sayırlar”.

Mülkiyyət hüququ pozulan, tikinti şirkətinin təklifi ilə razı olmadığı halda evi sökülən vətəndaşlar yeganə çıxış yolunu ölkə başçısına müraciət etməkdə görürlər.

Qeyd edək ki, adı çəkilən tikinti şirkətlərinin özbaşınalığı bununla bitmir. Növbəti reportajlarımızda vətəndaşları naraht edən bu mövzunu gündəmdə saxlayacağıq.

Mövzu ilə bağlı Musavat.com-un hazırladığı videoreportajı təqdim edirik.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button