Top.Mail.Ru
bannerMANŞET

TƏCİLİ: Azərbaycanda baş nazirin müavini HƏBS EDİLİR ? – ŞOK İDDİA

“Hələ 2019-cu ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilən Şahin Mustafayev əslində həmin dönəmdə birdəfəlik olaraq karyerasını bitirəcəkdi, amma… Müəyyən səbəblər onunla bağlı sərt qərarların verilməsini ertələdi. İndi isə vəziyyət tamam fərqlidir”.

KAİM.az-ın xəbərinə görə, bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, Şahin Mustafayev yaxın günlərdə sərt şəkildə cəzalandırılacaq.

“Ola bilsin ki, o da Səlim Müslümovun aqibətini yaşasın. Amma cəza mütləq olacaq. Dəqiq nələrin baş verəcəyini təxmin etmək olmaz. Amma son günlər görünəni odur ki, şübhəli keçmişə malik olan hər kəslə bağlı haqq-hesab çürüdülməsi vaxtıdır”.

Xatırladaq ki, yerli KİV-də Şahin Mustafayevin milli kimliyi ilə bağlı da müəyyən dolaşıq izahatlar yer almaqdadır və hətta onun ermənilərlə qohumluq əlaqələrinin olduğunu da iddia edirlər.

Bütün bunları diqqətə çəkən mənbə iddia edir ki, məhz bu kimi məqamlar Şahin Mustafayev və onun kimilərlə bağlı birdəfəlik qərarların verilməsini labüdləşdirir: “Yaxın günlərdə bütün sular durulacaq”.

Qeyd edək ki, artıq ilkin işartılar müşahidə olunur və adı müxtəlif xəyanətlərdə hallanan Rövşən Əkbərov həbsə atıldı. Yəni aydın olanı odur ki, burada motiv yox, səbəb daha ümdədir.

mənbə: DİA.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button