Top.Mail.Ru
bannerMANŞET

ŞOK İDDİA! Türkiyədə özünü güllələyən şəxs Rövnəq Abdullayevin QOHUMUDUR ? – FOTOLAR

Türkiyədə ötən gün yerli vaxtla saat 23:00-da lüks otellərin birində özünü başından tapança ilə güllələdiyi bildirilən və Türkiyə mediasının “iş adamı” olaraq təqdim etdiyi Nihad Əliyevin kimliyi aydınlaşıb.

KAİM.az Bakupost.az-a istinadən xəbər verir ki, Nihad Əliyev SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğludur və SOCAR-da satış direktoru vəzifəsində çalışır.

Artıq onun bu gün günorta saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi haqda məlumat yayılıb.

Qeyd edək ki, Nihad Əliyev SOCAR-dakı fəaliyyətinə görə hər kəsə yaxşı tanış olan Anar Əliyevin (Əlizadə) qardaşı, Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev də Neft Emalı Zavodunda Qaz sektorunun müdiridir.

Anar Əliyevin qardaşlarından digəri – Bədəl Əliyevin SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır.

Qeyd edək ki, son məlumata görə, Nihat Əliyev güllə yarasından dünyasını dəyişib. Allar rəhmət eləsin!

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button